Kontentə keç

Mündəricatı göstər

Allahın müqəddəs Yehova adının ibrani hərfləri ilə verilmiş tetraqrammatonu (ibrani sözləri sağdan sola oxunur)

İbrani əlifbasının ən kiçik hərfi

İbrani əlifbasının ən kiçik hərfi

Doğrudanmı, Allahın verdiyi bütün vədlər bir gün gerçək olacaq? İsa Məsih buna əmin idi və onun təlimləri insanlarda iman hasil edirdi. Misal olaraq gəlin onun Dağüstü vəzində dediyi bir fikrə nəzər salaq: «Çünki sizə doğrusunu deyirəm: Göy və yer keçib getmədən, hər şey icra olmadan, Qanundan ən kiçik bir hərf və ya nöqtə belə yox olmayacaqdır» (Mətta 5:18, İncil, 1996).

Allahın müqəddəs adı olan Yehova adının tetraqrammatonunun, yəni bu adı bildirən dörd ibrani hərfinin birinci hərfi «yud» (י) ibrani əlifbasının ən kiçik hərfidir *. Tövratın köçürücüləri və fərisilər oradakı sözlər və hərflərlə yanaşı nöqtəyə belə ciddi yanaşırdılar.

İsa Məsih demək istəyirdi ki, yeri gəlsə, yer və göy yox olar, amma Qanundan ən kiçik məqam belə yerinə yetməmiş qalmaz. Diqqət yetirin ki, Müqəddəs Kitabda Allahın göyü və yeri əbədilik bina etdiyi deyilir (Zəbur 78:69). Bu təsirli sözlər sübut edir ki, Allahın qanunundakı ən xırda məqamlar belə, mütləq yerinə yetəcək.

Yehova Öz Kəlamındakı xırda məqamlara belə çox ciddi yanaşır. Misal olaraq, gəlin Onun israillilərə verdiyi bir qanunu nəzərdən keçirək. İsraillilərə buyrulmuşdu ki, Pasxa quzusunun bir sümüyünü belə sındırmasınlar (Çıxış 12:46). Ola bilsin, bu, xırda məqamdır. Bəs görəsən, israillilər başa düşürdülər nəyə görə quzunun sümüyünü sındırmamalıdırlar? Çox ehtimal ki, yox. Amma Yehova bilirdi nəyə görə bu qanunu vermişdi. Bu, gələcəyə işarə idi: İsa Məsihi işgəncə dirəyində edam edəndə onun bir sümüyü belə sınmayacaqdı (Zəbur 34:20; Yəhya 19:31—33, 36).

İsa Məsihin bu gözəl sözlərindən biz özümüzə nə götürə bilərik? Biz də əmin ola bilərik ki, Yehova Allahın bütün vədləri ən xırda detallarına kimi çin olacaq. Görün ibrani əlifbasının ən kiçik hərfi insana necə güclü əminlik verir!

^ abz. 3 Yunan əlifbasının isə ən kiçik hərfi «iota»dır və çox güman ki, ibrani «yud» (י) hərfi ilə eyni hərfdir. Musa peyğəmbərə verilən qanun ibrani dilində yazılmış və İsa Məsihin dövrünə bu dildə gəlib çıxmışdı. Odur ki, İsa Məsih «nöqtə» deyəndə, böyük ehtimalla ibrani hərfi «yud»u nəzərdə tuturdu.