Allah-Taala bu günə qədər nələr edib?
Kimisə yaxından tanımaq istəyəndə onun etdiyi işlər, öhdəsindən gəldiyi çətinliklər barədə öyrənməyin köməyi dəyir. Allahı da yaxşı tanımaq üçün Onun etdiyi işlər barədə öyrənmək lazımdır. Öyrəndikcə görəcəksiniz ki, Allahın əvvəllər etdiyi işlər bizə indi hansı faydanı gətirir və gələcəyimizə necə təsir edir. Şübhəsiz, bu sizi heyrətə salacaq.
ALLAH HƏR ŞEYİ BİZİM RİFAHIMIZ ÜÇÜN YARADIB
Yehova Allah Ulu Yaradandır. Onun «gözəgörünməz keyfiyyətləri... dünya yaranandan bəri aydın görünür, yaradılmış şeylər vasitəsilə dərk edilir» (Romalılara 1:20). «Odur yeri qüdrətilə xəlq edən, torpağı hikmətilə yaradan, göyləri zəkası ilə yayan» (Ərəmya 10:12). Yaradılış möcüzələri həmçinin Allahın bizim qayğımıza qaldığına dəlalət edir.
Gəlin görək Yehova insanı Öz bənzərində yaratmaqla həyatımıza necə məna qatıb (Yaradılış 1:27). Bu o deməkdir ki, biz Onun misilsiz keyfiyyətlərini azca da olsa əks etdiririk. O bizi ruhani tələbatla, yəni Onun baxışlarını və dəyərlərini dərk etmək bacarığı ilə xəlq edib. Biz buna can atanda xoşbəxt oluruq və həyatımıza məna qatırıq. Üstəlik, Yehova bizə Özü ilə münasibət qurmaq qabiliyyəti də verib.
Yer kürəsi Allahın bizə münasibəti barədə şəhadət edir. İncildə deyilir ki, Allah «Özü haqqında daima şəhadət verirdi: sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu» (Həvarilərin işləri 14:17). Allah bizi sadəcə mövcud olmağımız üçün lazım olan şeylərlə təmin etməklə kifayətlənməyib. Həyatdan zövq almağımız üçün bizə bol, zəngin nemətlər bəxş edib. Bütün bunlar Onun bizim üçün niyyət etdiyi şeylərin bir zərrəsidir.
Zəbur 115:16; Əşiya 45:18). Bəs yer üzündə kimlər yaşayacaq, onlar nə qədər ömür sürəcək? «Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).
Yehova yer kürəsini yaratmışdı ki, insanlar orada əbədi yaşasın. Müqəddəs Kitabda deyilir ki, Allah yeri bəşər oğullarına verib və onu boş yerə deyil, yaşayış üçün yaradıb (Deməli, Yehova Allah ilk kişi və qadını, Adəmlə Həvvanı yaradıb yer üzündəki cənnət bağında məskunlaşdırdı ki, bağı becərsinlər və ona qulluq etsinlər (Yaradılış 2:8, 15). Allah onlara iki maraqlı tapşırıq verdi: «Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun» (Yaradılış 1:28). Beləliklə, Adəmlə Həvva yer üzündə əbədi ömür sürə bilərdi. Təəssüflər olsun ki, onlar Allahın itaətindən çıxdılar. Elə buna görə də yerə sahib olacaq saleh insanların arasında olmayacaqlar. Lakin görəcəyimiz kimi, onların hərəkəti Yehovanın nə bizə, nə də yerə dair niyyətini dəyişməyib. İlk öncə, gəlin Allahın Öz bəndələrinin rifahı üçün etdiyi başqa bir işdən danışaq.
ALLAH ÖZ KƏLAMINI BƏXŞ EDİB
Tövrat, Zəbur və İncil həm də Allahın Kəlamı adlanır. Nəyə görə Yehova Allah bu kitabı bizim üçün yazdırıb? Əsas etibarilə, Onun haqqında öyrənmək üçün (Məsəllər 2:1—5). Düzdür, Müqəddəs Kitabda Allahla bağlı bizdə yaranan hər suala cavab yoxdur. Ümumiyyətlə, elə bir kitab yer üzündə yoxdur (Vaiz 3:11). Bununla belə, Müqəddəs Kitabda yazılanlar bizə Allahı tanımağa kömək edir. Allahın insanlarla rəftarından Onun necə Allah olduğunu öyrənirik. Onun necə insanlardan razı qaldığını, necə insanlardan razı qalmadığını başa düşürük (Zəbur 15:1—5). Onun ibadətə, əxlaqa və maddi şeylərə dair baxışları haqda məlumata yiyələnirik. Bundan əlavə, Müqəddəs Kitab İsa Məsihin təlimləri və gördüyü işlər vasitəsilə Yehovanın necə Allah olduğunu bizə aydın şəkildə göstərir (Yəhya 14:9).
Yehovanın bizə Kəlamını bəxş etməsinin digər bir səbəbi odur ki, bu kitabın vasitəsilə biz xoşbəxt və mənalı həyat yolunu tapaq. Yehova bu kitabın köməyilə bizə xoşbəxt ailəyə sahib olmağı, əlimizdə olan şeylərə qane olmağı və narahatçılıqların öhdəsindən gəlməyi öyrədir. Həmçinin bu jurnalda izah edildiyi kimi, Müqəddəs Kitabda həyati vacib suallara cavab verilir. Məsələn, nəyə görə bu qədər əzab-əziyyət var? Gələcəkdə bizi nə gözləyir? Kitabda həm də izah olunur ki, Allah əzəli niyyətinin yerinə yetməsi üçün nə edib.
Müqəddəs Kitabı əsrarəngiz, ilahi kitab edən özəllikləri çoxdur. Bu kitab 1600 ildən çox vaxt ərzində təxminən 40 nəfər kişi tərəfindən yazılıb. Buna baxmayaraq, bütün kitab boyunca bir əsas mövzu işıqlandırılır, çünki bu kitabın əsl müəllifi Allahdır (2 Timutiyə 3:16). Başqa qədim yazılardan fərqli olaraq, kitab əsrlər boyunca qorunub saxlanılıb. Bunu Müqəddəs Kitabın minlərlə qədim əlyazması təsdiq edir. Bundan başqa, tarix boyunca Müqəddəs Kitabın tərcümə edilməsinə, yayılmasına və oxunmasına əngəllər törədilsə də, buna nail olunmayıb. Müasir dövrdə isə Müqəddəs Kitab ən çox yayılan və tərcümə olunan kitabdır. Müqəddəs Kitabın mövcudluğu Allahın sözünün əbədi qaldığına canlı sübutdur (Əşiya 40:8).
ALLAH NİYYƏTİNİ GERÇƏKLƏŞDİRƏCƏYİNƏ ZƏMANƏT VERİB
Allahın gördüyü işlərdən biri də odur ki, O bizimlə bağlı niyyətinin yerinə yetəcəyinə zəmanət verən xüsusi bir tədbir görüb. Yuxarıda qeyd etdiyimiz kimi, Allah insanların yer üzündə əbədi yaşamasını niyyət etmişdi. Lakin Adəm Allaha itaətsizlik yolunu seçdi, bununla da günaha batdı. Beləliklə, o, təkcə özünü yox, bütün gələcək övladlarını əbədi həyatdan məhrum etdi. «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12). İlk baxışdan elə göründü ki, insanın itaətsizliyi ucbatından Allahın niyyəti həyata keçməyəcək. Bəs Yehova Allah nə etdi?
Yehova bu vəziyyətdə Öz keyfiyyətlərinə uyğun davrandı. O, ədalətlə davranaraq Adəmlə Həvvanı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etdi, lakin Yaradılış 3:15). Günah və ölümün pəncəsindən qurtuluş İsa Məsihin vasitəsilə mümkün olacaqdı. Necə?
məhəbbətdən irəli gələrək onların gələcək nəsilləri üçün bir tədbir tökdü. Yehova hikmətlə bu məsələnin həlli yolunu müəyyən etdi və dərhal bunu bəyan etdi (İnsanları Adəmin üsyanının acı nəticələrindən qurtarmaq üçün Yehova İsa peyğəmbəri yer üzünə göndərdi. O, insanlara həyata aparan yolu öyrətməli və bir çoxları uğrunda həyatını fidyə kimi verməli idi a (Mətta 20:28; Yəhya 14:6). İsa Adəm kimi kamil insan olduğundan fidyəni ödəyə bildi. Adəmdən fərqli olaraq, İsa peyğəmbər qəti surətdə Allahın itaətindən çıxmadı, baxmayaraq ki, bu ona canı bahasına başa gəldi. Amma İsa ölümə layiq olmadığından Yehova onu göydə yaşamaq üçün diriltdi. İsa Məsih Adəmin edə bilmədiyi bir şeyi edə bildi: itaətkar insanlara əbədi həyat ümidi verdi. «Bir nəfərin itaətsizliyi çoxlu insanı günahlı etdiyi kimi, bir şəxsin itaəti də çoxlu insanı saleh edəcək» (Romalılara 5:19). İsanın fidyə qurbanlığı vasitəsilə Allah vədini gerçəkləşdirib insanlara yer üzündə əbədi həyat verəcək.
Adəmin itaətsizliyinin gətirdiyi acı nəticələri necə aradan qaldırmasından Yehova haqda çox şey öyrənirik. Görürük ki, Yehovanın başladığı işi tamamlamağa heç nə əngəl ola bilməz. Onun sözü «məqsədinə mütləq nail olacaq» (Əşiya 55:11). Həmçinin Yehovanın bizə olan sevgisinin nə qədər böyük olduğunu başa düşürük. «Allah məhəbbəti bizə bu cür izhar oldu: Allah ilkin Oğlunu dünyaya göndərdi ki, onun vasitəsilə həyata qovuşaq. Məhəbbət ondadır ki, biz Allahı yox, O, bizi sevdi və Oğlunu günahlarımızı örtən kəffarə qurbanı kimi dünyaya göndərdi» (1 Yəhya 4:9, 10).
Allah Oğlunu əsirgəməyib hamımızın uğrunda fəda etdi. Buna görə də biz əminik ki, Allah vəd etdiyi qalan şeyləri də bizə bəxş edəcək (Romalılara 8:32). Bəs Allah bizə nə vəd edib? Bunun üçün növbəti məqaləni oxuyun.
ALLAH-TAALA BU GÜNƏ QƏDƏR NƏLƏR EDİB? Yehova insanları yer üzündə əbədi yaşamaq üçün yaradıb. O, Müqəddəs Kitabı yazdırıb ki, insanlar Onun haqqında öyrənsinlər. Yehova Allah niyyətini həyata keçirmək üçün İsa Məsih vasitəsilə fidyə verib.
a Fidyə haqqında ətraflı məlumat almaq üçün Yehovanın Şahidləri tərəfindən dərc edilən «Əbədi xoşbəxt həyat» kitabının 27-ci dərsinə baxa bilərsiniz. Kitabı həmçinin www.ps8318.com/az saytından onlayn oxumaq və yükləmək mümkündür.