Kontentə keç

Mündəricatı göstər

1 | Dua. «Bütün qayğılarınızı Onun üzərinə qoyun»

1 | Dua. «Bütün qayğılarınızı Onun üzərinə qoyun»

MÜQƏDDƏS KİTABDA DEYİLİR: «Bütün qayğılarınızı Onun [Allahın] üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 BUTRUS 5:7).

Mənası

Yehova istəyir ki, bizi sıxan, ürəyimizi və düşüncəmizi rahat buraxmayan hər şeyi Ona açıb danışaq (Zəbur 55:22). Problemimizin kiçik, yaxud böyük olmasından asılı olmayaraq, biz onun haqda dua edə bilərik. Əgər hansısa məsələ bizim üçün önəmlidirsə, Yehova Allah üçün də önəmlidir. Buna görə də Allaha dua etmək qəlb rahatlığına aparan vacib addımdır (Filippililərə 4:6, 7).

Necə tətbiq edə bilərik?

Mental sağlamlıqla bağlı problemimiz olanda özümüzü tamamilə yalnız hiss edə bilərik. İnsanlar nələr yaşadığımızı həmişə tam anlaya bilməz (Məsəllər 14:10). Lakin Allaha ürəkdən dua edib hisslərimizi Onunla bölüşəndə O bizi şəfqətlə dinləyir. Yehova bizi görür, çəkdiyimiz əzab-əziyyəti duyur və istəyir ki, bizi narahat edən istənilən məsələ barədə Ona dua edək (2 Salnamələr 6:29, 30).

Dua edəndə Yehova Allahın qayğımıza qaldığına əminliyimiz artır. Bir mömin insan duasında belə sözlər demişdi: «Əzab-əziyyətimi gördün, qəlbimdəki dərdi bilirsən» (Zəbur 31:7). Doğrudan da, biləndə ki, Yehova Allah nələr çəkdiyimizi görür, problemlərimizdən agahdır, bu, çətinliklərə sinə gərmək üçün gücümüzə güc qatır. O, sadəcə nələr çəkdiyimizi müşahidə etməklə kifayətlənmir. Allah bizi hər kəsdən yaxşı başa düşür, nələrdən keçdiyimizi anlayır və Kəlamı vasitəsilə təsəlli verib ovudur.