Kontentə keç

Mündəricatı göstər

Müdir məktubu katibinə yazdırdığı kimi, Allah da Müqəddəs Kitabı mömin insanlara yazdırıb

Allah vədlərini necə əyan edir?

Allah vədlərini necə əyan edir?

Bəşəriyyət yaranandan Allah mələklər və peyğəmbərlər vasitəsilə insanlarla ünsiyyət qurub. Üstəlik, peyğəmbərlərinə buyurub ki, Onun öyüd-nəsihətlərini və vədlərini qələmə alsınlar. Allahın vədləri sizin gələcəyinizə də aiddir. Bəs bu vədlər harada yazılıb?

Allahın bəşəriyyətə ünvanladığı sözlər Müqəddəs Kitabda yazılıb (2 Timutiyə 3:16). Bəs bu sözlər peyğəmbərlərə necə əyan olub? (2 Butrus 1:21). Allah Öz sözlərini onların fikirlərinə qoyub, onlar da bunu qələmə alıblar. Sanki müdir katibinə məktub yazdırıb. Həmçinin məktubu katib yazsa da, müəllif müdirdir. Eləcə də, Müqəddəs Kitabı peyğəmbərlər qələmə alsa da, müəllif Allahdır.

ALLAHIN KƏLAMI HAMI ÜÇÜN ƏLÇATANDIR

Müqəddəs Kitabdakı xəbər o qədər vacibdir ki, Allah bütün insanların onu oxuyub başa düşməsini istəyir. Bu gün hər xalqdan, tayfadan və dildən olan insanlar İlahidən gələn «əbədi müjdə»ni eşidə bilər (Vəhy 14:6). Allahın köməyi ilə Müqəddəs Kitab tam şəkildə və ya hissə-hissə 3000 dilə tərcümə olunub. Dünyada bu qədər dilə tərcümə olunmuş ikinci kitab yoxdur.