Kontentə keç

Mündəricatı göstər

Neynəva əzəmətli abidələri və tikililəri ilə seçilirdi

Bilirsiniz?

Bilirsiniz?

Yunus peyğəmbərin dövründən sonra Neynəva şəhərinin aqibəti necə oldu?

ARTIQ eramızdan əvvəl VII əsrdə Aşşur dünyanın ən böyük imperiyasına çevrilmişdi; «ərazisi qərbdə yerləşən Kiprdən şərqdə yerləşən İrana qədər uzanırdı, bir müddət hətta Misir də onun ərazisinə daxil idi», — deyə Britaniya muzeyinin saytında vurğulanır. İmperiyanın paytaxtı Neynəva dünyanın ən böyük şəhəri idi. O, əzəmətli abidələri, gözoxşayan bağları, cah-calallı sarayları, nəhəng kitabxanaları ilə öyünürdü. Neynəvanın qədim relyefləri göstərir ki, digər Aşşur hökmdarları kimi, Asenappar (Aşşurbanipal) da özünü «dünyanın hökmdarı» adlandırırdı. Onun dövründə Aşşurla Neynəva məğlubedilməz hesab olunurdu.

Qüdrətli dünya hökuməti Aşşur həmin dövrdə ən böyük imperiya idi

Buna baxmayaraq, Aşşur öz əzəmətinin zirvəsində olduğu dövrdə Yehova Səfənya peyğəmbər vasitəsilə qabaqcadan demişdi: «[Yehova] Aşşuru məhv edəcək. O, Neynəvanı viranəliyə, susuz bir səhraya çevirəcək». Bundan əlavə, Yehovanın peyğəmbəri Nahum da peyğəmbərlik etmişdi: «Gümüşü talan edin, qızılı talan edin!.. Şəhər bomboşdur, tərk edilib, viran qalıb!.. Səni görən səndən qaçıb deyəcək: “Neynəva tar-mar oldu!”» (Səf. 2:13; Nah. 2:9, 10; 3:7). Bu peyğəmbərlikləri eşidənlər düşünə bilərdi: «Belə bir şey ola bilər? Aşşur kimi qüdrətli bir dövlət nə vaxtsa fəth edilə bilər?» Bu, qeyri-mümkün görünürdü.

Neynəva viranəliyə çevrilib!

Amma ağlasığmaz bir şey baş verdi. Eramızdan əvvəl VII əsrin axırlarında babillilər və madalılar artıq Aşşuru zəbt etmişdi. Nəticədə, Neynəva viran qaldı və yaddaşlardan silindi! Nyu-Yorkun Metropoliten muzeyinin bir nəşrində deyilir: «Artıq orta əsrlərdə bu ərazi yer üzündən silinmiş, torpaq altında qalmışdı. İnsanlar Neynəva haqqında yalnız Müqəddəs Kitab səhifələrindən bilirdi». Bir mənbəyə əsasən, 1800-cü illərin əvvəlinə qədər «əzəmətli Aşşur paytaxtının nə vaxtsa həqiqətən mövcud olduğu haqda heç kim heç nə bilmirdi» («Biblical Archaeology Society Online Archive»). Amma sonra 1845-ci ildə arxeoloq Ostin Henri Leyard Neynəva şəhərinin dağıntılarını qazıb çıxarmağa başladı. Aşkar olunan tapıntılar Neynəvanın keçmiş əzəmətinə dəlalət edirdi.

Neynəva ilə bağlı peyğəmbərliklərin dəqiqliyinə kimi yerinə yetməsi bizi əmin edir ki, bu dünyanın siyasi qüvvələri haqda deyilmiş peyğəmbərliklər də yerinə yetəcək (Dən. 2:44; Vəhy 19:15, 19—21).