Təlatümlü dünyada xoş güzəran mümkündür?
Yəqin razılaşarsınız ki, ümum- bəşər problemlər hazırda hər bir insanın həyatında öz izini buraxır. Bəs siz yaşadığınız ərazidə aşağıdakı problemlərdən hansı ilə üzləşirsiniz?
silahlı qarşıdurma
epidemiya
təbii fəlakət
yoxsulluq
qərəz
cinayətkarlıq
Fəlakət baş verəndə çoxları sarsıntı keçirir, ümidsizliyə qərq olur. Bəzi insanlar bədbəxtliklər qarşısında mənəvi cəhətdən iflic vəziyyətinə düşür. Amma belə vəziyyət uzun sürərsə, bu daha ağır fəsadlara səbəb ola bilər.
Fəlakət baş verəndə doğmalarınızı, sağlamlığınızı, xoşbəxtliyinizi qorumaq, dolanışığınızı təmin etmək üçün əlinizdən gələni etməlisiniz.
Bəs bu təlatümlü dünyada xoş güzəran görmək üçün nə edə bilərsiniz?