Kontentə keç

Mündəricatı göstər

Əməkdaşlıq pilot və ikinci pilotun eyni uçuş planı ilə hərəkət etməsi deməkdir.

ƏR-ARVADLAR ÜÇÜN

2. Əməkdaşlıq

2. Əməkdaşlıq

MƏNASI

Nikahda əməkdaşlıq olanda ər və arvad eyni uçuş planı ilə hərəkət edən pilot və ikinci pilot kimidir. Hətta çətinliklər yarananda belə hər iki tərəf «mən» deyə yox, «biz» deyə düşünür.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Onlar artıq iki yox, bir bədəndir» (Mətta 19:6).

«Nikah “solo ifa” deyil. Ər və arvad nikahı uğurlu etmək üçün birlikdə hərəkət etməlidirlər» (Kristofer).

ZƏRURƏTİ

Ərlə arvad bir komanda kimi olmasa, münaqişə yarananda problemlə mübarizə aparmaq əvəzinə bir-biri ilə mübarizə aparacaqlar. Bu zaman kiçik məsələlər böyük maneələrə çevriləcək.

«Əməkdaşlıq nikahın özülüdür. Ərimlə mən bir komanda olmasaq, həyat yoldaşı yox, otaq yoldaşı olacağıq. Yəni birgə yaşayan, vacib qərarlara gələndə isə eyni tərəfdə olmayan iki insan kimi» (Aleksandra).

TƏTBİQİ

ÖZÜNÜZÜ YOXLAYIN

  • Qazandığım pulların «hamısı mənimdir» deyə düşünürəm?

  • Tam dincəlmək üçün həyat yoldaşımdan uzaqda olmağa ehtiyac duyuram?

  • Həyat yoldaşım qohumlarına çox bağlı olsa belə, onlardan uzaq dururam?

HƏYAT YOLDAŞINIZLA MÜZAKİRƏ EDİN

  • Nikahımızın hansı sahələrində əməkdaşlıq etmək bizdə daha yaxşı alınır?

  • Hansı sahələrin üzərində işləyə bilərik?

  • Əməkdaşlıq ruhumuzu inkişaf etdirmək üçün hansı addımları ata bilərik?

MƏSLƏHƏTLƏR

  • Əməkdaşlıq etməyəndə, sanki həyat yoldaşınızla rəqib komandalarda tennis oynayırsınız. Nə edə bilərsiniz ki, ikiniz də eyni komandada olub, problemlərə qarşı oynayasınız?

  • «Necə qalib gələ bilərəm?» deyə düşünməkdənsə, «İkimiz necə qalib gələ bilərik?» deyə düşünün.

«Kimin doğru, kimin yanlış olduğunu unudun. Bu, nikahınızda vəhdət və sülhün olması qədər önəmli deyil» (İtan).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:3, 4).