Kontentə keç

Mündəricatı göstər

Sədaqət fırtınalı günlərdə nikahınızı qoruyan bir lövbər kimidir.

ƏR-ARVADLAR ÜÇÜN

1. Sədaqət

1. Sədaqət

MƏNASI

Nikaha sədaqətli olan ər-arvadlar ona ömürlük ittifaq kimi baxır, beləcə, onlar arasında etibar yaranır. Hər iki tərəf əmin olur ki, qarşı tərəf ən çətin anlarda belə bu ittifaqı qoruyacaq.

Bəzi cütlüklər ailə üzvlərinin və ətrafdakı insanların təzyiqi ilə birlikdə qalmağa məcbur olur. Amma yaxşı olardı ki, bu birlik qarşılıqlı sevgiyə və hörmətə əsaslansın.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Ər... arvadını atmasın» (1 Korinflilərə 7:11).

«Əgər nikahınıza sədaqətlisinizsə, haqsızlığa qatlaşacaq və inciməyəcəksiniz. Tez bağışlayacaq və tez üzr istəyəcəksiniz. Problemləri ayrılmağa bir səbəb kimi yox, sadəcə bir əngəl kimi görəcəksiniz» (Mayk).

ZƏRURƏTİ

Nikaha sədaqətli olmayan ər-arvadlar problemlərlə üzləşəndə çox vaxt «bir-birimiz üçün yaradılmamışıq» qənaətinə gəlirlər və ayrılmaq üçün yollar axtarırlar.

«Əksər insanların nikaha daxil olarkən “ehtiyat planı” olur. Düşünürlər, işdir nikahları uğursuz olsa, boşanacaqlar. Belə düşüncə ilə nikaha daxil olan insanlar artıq başlanğıcdan sədaqətsizliyə yol verirlər» (Cen).

TƏTBİQİ

ÖZÜNÜZÜ YOXLAYIN

Mübahisənin ortasında...

  • həyat yoldaşınızla evləndiyiniz üçün peşmançılıq duyursunuzmu?

  • başqası ilə birlikdə olmağı ağlınızdan keçirirsinizmi?

  • «səndən ayrılıram» və ya «mənə dəyər verən birini tapacağam» kimi sözlər deyirsinizmi?

Əgər bu suallardan ən azı birinə «hə» cavabını verirsinizsə, onda sədaqətinizi möhkəmləndirməyin tam vaxtıdır.

HƏYAT YOLDAŞINIZLA MÜZAKİRƏ EDİN

  • Nikahımıza sədaqətimiz zəifləyibmi? Zəifləyibsə, buna səbəb nədir?

  • Sədaqətimizi möhkəmləndirmək üçün hansı addımları ata bilərik?

MƏSLƏHƏTLƏR

  • Həyat yoldaşınıza sevgi açıqcaları yazın.

  • İş yerindəki masanızın üzərinə həyat yoldaşınızın şəklini qoyun.

  •   İşdə və ya başqa yerdə olduğunuz gün həyat yoldaşınızla əlaqə saxlayın.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mətta 19:6).