Faktlarla tanış olun
Problem
Qərəz çox vaxt məlumatsızlıqdan qaynaqlanır. Növbəti nümunələrə nəzər salaq:
-
Bəzi iş adamları düşünür ki, elmi və texniki işlər qadınların görəcəyi iş deyil.
-
Orta əsrlərdə Avropada yəhudiləri su quyularını zəhərləməkdə və xəstəlik yaymaqda haqsız yerə ittiham edirdilər. Nasistlərin dövründə yəhudilərə yenə də böhtan atdılar. Bu dəfə onları Almaniyada iqtisadi böhrana səbəb olmaqda təqsirləndirdilər. Hər iki ittihamın nəticəsində yəhudilər ifrat qərəzin qurbanı oldular. Bu gün də bu qərəz müəyyən dərəcədə hiss olunmaqdadır.
-
Çoxları düşünür ki, əlilliyi olanlar həyatdan küskün və ya kinli insanlardır.
Bu kimi yalanlara inanan adamlar haqlı olduqlarını sübut etmək üçün kimlərisə nümunə çəkir, və ya dəlillər gətirirlər. Onlarla razılaşmayanları isə cahil hesab edirlər.
Müqəddəs Kitabdan məsləhət
«Elmsiz olmaq yaxşı deyil» (MƏSƏLLƏR 19:2)
Mənası: İnsan faktları bilməyəndə yanlış qərarlar verir. Əgər biz faktlara yox, yalana inanırıqsa, insanlar haqqında yanlış fikirdə olacağıq.
Faktları bilməyin faydası
Əgər insanlar haqqında faktları bilsək, onlar haqda geniş yayılmış yanlış fikirlərə inanmayacağıq.
Müəyyən bir qrup insan haqda eşitdiklərimizin həqiqət olmadığını biləndə özümüz də başqa qrup insanlar haqda qərəzli fikirlər irəli sürməyəcəyik.Nə edə bilərsiniz?
-
Cəmiyyətdə hansısa bir qrup insan haqda mənfi fikir formalaşsa da, unutmayın ki, əslində o adamların çoxu heç də belə deyil.
-
Nəzərə alın ki, həmin insanlar haqda hər şeyi bilmirsiniz.
-
Etibarlı mənbədən məlumat alın.