Kontentə keç

Mündəricatı göstər

İnsanların müsbət cəhətlərini görün

İnsanların müsbət cəhətlərini görün

Problem

Eqoistlik insanda qərəz hissi yaradır. Eqoist insan özü barədə çox yüksək fikirdə olur. O özünü hamıdan üstün sayır, özündən fərqlənən adamlara isə yuxarıdan aşağı baxır. Bu tələyə hamı düşə bilər. Bir ensiklopediyada deyilir: «Əksər xalqlar — kimisi az, kimisi çox — düşünür ki, onların həyat tərzi, yeməkləri, geyimləri, vərdişləri, etiqadları, dəyərləri və s. başqa xalqlarınkından üstündür» («Encyclopædia Britannica»). Bu cür yanlış düşüncəyə yoluxmamaq üçün nə edə bilərik?

Müqəddəs Kitabdan məsləhət

«Təvazökar olub başqalarını özünüzdən üstün sayın» (FİLİPPİLİLƏRƏ 2:3).

Mənası: Özümüz barədə həddən artıq yüksək fikirdə olmamaq üçün təvazökar olmağı öyrənməliyik. Təvazökar insan başa düşür ki, başqaları həyatın müəyyən sahələrində ondan üstündür. Elə bir cəmiyyət yoxdur ki, bütün yaxşı keyfiyyətlərə və bacarıqlara sahib olsun.

Misal üçün Stefanın nümunəsinə baxaq. O, kommunist ölkəsində böyüyüb boya başa çatmışdı. Bu görə də qeyri-kommunist ölkələrindən olan insanlara qərəzlə yanaşırdı. Amma Stefan ürəyində bu hissi boğmağa müvəffəq oldu. O deyir: «Mən başa düşürəm ki, qərəz hissinin öhdəsindən gəlmək üçün başqalarını özündən üstün saymaq vacibdir. Mən hər şeyi bilmirəm, ona görə də hərədən bir şey öyrənmək olar».

Nə edə bilərsiniz?

Özünüzə qarşı dürüst olmağa çalışın və səhvlərinizi görün. Qəbul edin ki, başqaları müəyyən sahələrdə sizdən daha bacarıqlıdır. Düşünməyin ki, müəyyən cəmiyyətdən olan insanların hamısı eyni səhvləri edir.

Müəyyən cəmiyyətdən olan insan haqqında mənfi qənaətə gəlməzdən öncə düşünün:

Qəbul edin ki, başqaları müəyyən sahələrdə sizdən daha bacarıqlıdır.

  • «Bu insanda xoşuma gəlməyən xüsusiyyətlər doğrudan da pis xüsusiyyətlərdir, yoxsa sadəcə biz fərqliyik?»

  • «Bəs o məndə səhv tapa bilər?»

  • «O hansı sahələrdə məndən bacarıqlıdır?»

Bu suallara dürüst cavab versəniz, nəinki qərəz hissini dəf edərsiniz, üstəlik həmin adamda gözəl cəhətlər görə bilərsiniz.