Kontentə keç

Mündəricatı göstər

DƏRS 8

Yuşiyyənin etibarlı dostları

Yuşiyyənin etibarlı dostları

Səncə, düzgün davranmaq asandır? ~ Bir çoxları fikirləşir ki, həmişə yox. Allahın Kəlamında Yuşiyyə adlı bir oğlan haqqında danışılır. Onun üçün düzgün davranmaq elə də asan deyildi. Ancaq Yuşiyyənin ona dəstək olan yaxşı dostları var idi. Gəl Yuşiyyə və onun dostları haqda daha ətraflı öyrənək.

Yuşiyyənin atası Amun Yəhudanın padşahı idi. O, çox pis insan idi və bütlərə ibadət edirdi. Amun öləndə onun varisi Yuşiyyə padşah oldu. Amma onun həmin vaxt cəmi səkkiz yaşı var idi! Necə fikirləşirsən, o, atasının izi ilə getdi? ~ Xeyr.

Səfənya insanları bütpərəstlikdən çəkindirirdi

Hələ kiçik yaşlarından Yuşiyyə Yehovanın sözünə qulaq asırdı. Buna görə də o, ancaq Yehovanı sevən kəslərlə dostluq edirdi. Bu dostlar ona düzgün davranmağa kömək edirdi. Gəl baxaq görək onun dostları kimlər idi.

Onlardan birinin adı Səfənya idi. O, peyğəmbər idi və yəhudalıları xəbərdar edirdi ki, əgər bütlərə sitayiş etsələr, başlarına bəlalar gələcək. Yuşiyyə Səfənya peyğəmbərə qulaq asıb bütlərə yox, Yehovaya ibadət edirdi.

Yuşiyyənin digər dostunun adı isə Ərəmya idi. Onlar, demək olar ki, yaşıd idilər və bir yerdə böyümüşdülər. Onların dostluğu elə möhkəm idi ki, Yuşiyyə öləndən sonra Ərəmya onun üçün darıxdığına görə mərsiyə yazmışdı. Hər ikisi bir-birinə düzgün davranmağa və Yehovaya itaət etməyə kömək edirdi.

Yuşiyyə ilə Ərəmya düzgün davranmaqda bir-birinə kömək edirdi

Yuşiyyənin nümunəsindən nə öyrəndin? ~ Hətta kiçik yaşlarında belə Yuşiyyə düzgün davranırdı. O bilirdi ki, Yehovanı sevən insanlarla dostluq etməlidir. Sən də Yehovanı sevən və səni Onun qanunlarına uyğun yaşamağa kömək edən insanlarla dostluq etməlisən.

MÜQƏDDƏS KİTABDAN OXU