DƏRS 01
Müqəddəs Kitabın sizə faydası
Həyat. Ölüm. Əzab-əziyyət. Gələcək. Bu mövzular, demək olar ki, hər kəsi düşündürür. Üstəlik, gündəlik qayğılarımız başımızdan aşır. Hər birimiz dolanışıq dərdi çəkirik, istəyirik ailəmiz xoşbəxt olsun. Bir çox insan Müqəddəs Kitabdan həm vacib suallarına cavab tapıb, həm də gündəlik həyatla bağlı faydalı məsləhətlər alıb. Bəli, Müqəddəs Kitab hər kəsə kömək edə bilər.
1. Müqəddəs Kitabda hansı sualların cavabı var?
Müqəddəs Kitabda bu kimi vacib suallara cavab verilir: Dünya necə yaranıb? Həyatın mənası nədir? Niyə dünya əzab-əziyyətlə doludur? Ölümdən sonra həyat varmı? Hamı sülh arzuladığı halda, nəyə görə müharibələrin ardı-arası kəsilmir? Bu dünyanın axırı necə olacaq? Bu kimi suallar vermək qəbahət deyil. Milyonlarla insan Müqəddəs Kitabdan bu suallara məntiqli cavab tapıb.
2. Müqəddəs Kitab həyatdan sevinc duymağa necə kömək edir?
Müqəddəs Kitabda faydalı məsləhətlər yazılıb. Məsələn, bu kitab ailələrə xoşbəxt olmağın sirlərini öyrədir. Həmçinin stresin öhdəsindən gəlməyin, gördüyümüz işdən zövq almağın yollarını başa salır. Əlinizdəki nəşri bizimlə birgə müzakirə etdikcə bu və digər mövzularla bağlı Müqəddəs Kitabdan məlumat alacaqsınız. Görəcəksiniz ki, «Müqəddəs Yazılardakı hər kəlmə... faydalıdır» (2 Timutiyə 3:16).
Bu nəşr Müqəddəs Kitabı əvəz etmir. Əksinə, onun məqsədi sizi Müqəddəs Kitabı şəxsən araşdırmağa həvəsləndirməkdir. Buna görə də yaxşı olar ki, dərslərdə gətirilən ayələri oxuyasınız və öyrəndiklərinizi onlarla əlaqələndirəsiniz.
D Ə R İ N L İ Y Ə V A R I N
Gəlin görək Müqəddəs Kitab insanlara necə kömək edir, onu mütaliə etməkdən necə zövq duya bilərsiniz və bu kitabı başa düşmək üçün nəyə görə insana kömək lazımdır.
3. Müqəddəs Kitab bizə yol göstərir
Müqəddəs Kitab nur mənbəyidir. Bu kitab bizə həyatda düzgün qərarlar verməyə kömək edir və bizi gələcəkdəki hadisələrdən xəbərdar edir.
Zəbur 119:105 ayəsini oxuyun və növbəti sualları müzakirə edin:
-
Bu sözləri yazan şəxs Müqəddəs Kitab haqda nə düşünürdü?
-
Siz nə düşünürsünüz?
4. Müqəddəs Kitab suallarımıza cavab verir
Bir qadın uzun illər axtardığı sualların cavabını Müqəddəs Kitabdan tapdı. VİDEOYA baxın və növbəti sualları müzakirə edin.
-
Videodakı qadını hansı suallar narahat edirdi?
-
Müqəddəs Kitabı öyrənmək ona necə kömək etdi?
Müqəddəs Kitab bizi suallarımıza cavab axtarmağa səsləyir. Mətta 7:7 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
-
Siz hansı suallarınıza Müqəddəs Kitabdan cavab tapmaq istəyərdiniz?
5. Müqəddəs Kitabı oxumaq sizə zövq verəcək
Çoxları Müqəddəs Kitabı sevə-sevə oxuyur və xeyrini görür. VİDEOYA baxın və növbəti sualları müzakirə edin.
-
Videodakı gənclər kitab oxumağa necə yanaşırlar?
-
Bəs Müqəddəs Kitabı oxumağı nəyə görə sevirlər?
Müqəddəs Kitabda deyilir ki, orada yazılmış nəsihətlər insana təsəlli və ümid verir. Romalılara 15:4 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
-
Bu ayədə vəd edilən təsəlli və ümid barədə bilmək istəyərdiniz?
6. Müqəddəs Kitabı başa düşmək üçün kömək lazımdır
Çoxları görmüşlər ki, Müqəddəs Kitabı şəxsən oxumaqla yanaşı, onu başqaları ilə araşdıranda daha çox fayda əldə edirlər. Həvarilərin işləri 8:26—31 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
-
Müqəddəs Kitabı necə başa düşə bilərik? (30 və 31-ci ayələrə baxın.)
BƏZİ İNSANLAR DEYİR: «Müqəddəs Kitabı oxumaq vaxt itkisidir».
-
Siz nə düşünürsünüz? Nəyə görə belə düşünürsünüz?
İCMAL
Müqəddəs Kitab gündəlik həyatla bağlı məsləhətlər verir, vacib sualları cavablandırır və insanlara təsəlli, ümid bəxş edir.
Təkrar
-
Müqəddəs Kitabda hansı məsləhətlər var?
-
Müqəddəs Kitab hansı suallara cavab verir?
-
Siz hansı suallarınıza cavab tapmaq istəyərdiniz?
Ə L A V Ə M Ə L U M A T
Müqəddəs Kitabdakı məsləhətlərin faydası barədə oxuyun.
«Allahın Kəlamı həmişə aktualdır!» («Gözətçi qülləsi» № 1, 2018)
Görün Müqəddəs Kitab uşaqlıqdan mənfi hisslərlə mübarizə aparan bir adama necə kömək edib.
Müqəddəs Kitabda ailə həyatı ilə bağlı verilən məsləhətlərə nəzər salın.
Müqəddəs Kitaba əsasən, görün dünya kimin əlindədir.
«Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir? Tam versiya» (3:14)