Kontentə keç

Mündəricatı göstər

ƏLAVƏ 1

Öyrətməyi sevdiyimiz həqiqətlər

Öyrətməyi sevdiyimiz həqiqətlər

İsa Məsih demişdi ki, səmimi-qəlbli insanlar həqiqəti eşidəndə onun həqiqət olduğunu anlayacaqlar (Yəh. 10:4, 27). Buna görə də biz insanlarla danışanda çalışırıq ki, fürsət yaranan kimi onlara Müqəddəs Kitab həqiqətlərini çatdıraq. İnsanla həqiqəti bölüşmək üçün söhbətə belə bir sualla başlaya bilərsən: «Heç düşünmüsünüz ki,..?» və ya «Heç eşitmisiniz ki,..?» Sonra isə Müqəddəs Kitabdan həmin mövzunu açıqlayan müvafiq ayəni oxu. İnsana Müqəddəs Kitabda yazılmış sadə bir həqiqət haqda danışanda biz sanki onun ürəyinə toxum səpirik, Yehova isə həmin toxumu böyüdür (1 Kor. 3:6, 7).

 GƏLƏCƏK

  1. 1. Hal-hazırkı hadisələr və insanların davranışı tezliklə baş verəcək böyük dəyişiklikdən xəbər verir (Mət. 24:3, 7, 8; Luka 21:10, 11; 2 Tim. 3:1—5).

  2. 2. Yer heç vaxt məhv olmayacaq (Zəb. 104:5; Vaiz 1:4).

  3. 3. İnsanların Yer kürəsinə vurduğu zərər aradan qaldırılacaq (Əşy. 35:1, 2; Vəhy 11:18).

  4. 4. Heç bir xəstəlik olmayacaq (Əşy. 33:24; 35:5, 6).

  5. 5. Siz yer üzündə əbədiyyən yaşaya bilərsiniz (Zəb. 37:29; Mət. 5:5).

 AİLƏ

  1. 6. Ər «arvadını özünü sevdiyi kimi» sevməlidir (Efes. 5:33; Kol. 3:19).

  2. 7. Arvad ərinə dərin hörmət bəsləməlidir (Efes. 5:33; Kol. 3:18).

  3. 8. Ərlə arvad bir-birilərinə sadiq qalmalıdırlar (Məl. 2:16; Mət. 19:4—6, 9; İbr. 13:4).

  4. 9. Valideynlərinə hörmət edən və sözlərinə qulaq asan uşaqlar xeyir tapacaqlar (Məs. 1:8, 9; Efes. 6:1—3).

NASA, ESA and the Hubble Heritage Team (STScI/AURA)-ESA/Hubble Collaboration. Licensed under CC BY 4.0. Source.

 ALLAH

  1. 10. Allahın adı var (Zəb. 83:18; Ərm. 10:10).

  2. 11. Allah bizə Öz Kəlamını bəxş edib (2 Tim. 3:16, 17; 2 But. 1:20, 21).

  3. 12. Allah ayrı-seçkilik etmir (Qan. 10:17; Həv. 10:34, 35).

  4. 13. Allah bizə kömək etmək istəyir (Zəb. 46:1; 145:18, 19).

 DUA

  1. 14. Allah Ona dua etməyimizi istəyir (Zəb. 62:8; 65:2; 1 But. 5:7).

  2. 15. Müqəddəs Kitabdan düzgün dua etməyi öyrənirik (Mət. 6:7—13; Luka 11:1—4).

  3. 16. Tez-tez dua etməliyik (Mət. 7:7, 8; 1 Salon. 5:17).

 İSA MƏSİH

  1. 17. İsa Məsih böyük müəllim olub, verdiyi məsləhətlər bu gün də aktualdır (Mət. 6:14, 15, 34; 7:12).

  2. 18. İsa Məsih bu gün baş verən hadisələri qabaqcadan peyğəmbərlik etmişdi (Mət. 24:3, 7, 8, 14; Luka 21:10, 11).

  3. 19. İsa Məsih Allahın Oğludur (Mət. 16:16; Yəh. 3:16; 1 Yəh. 4:15).

  4. 20. İsa Məsih Allah deyil (Yəh. 14:28; 1 Kor. 11:3).

Based on NASA/Visible Earth imagery

 ALLAHIN PADŞAHLIĞI

  1. 21. Allah göydə bir hökumət qurub (Dən. 2:44; 7:13, 14; Mət. 6:9, 10; Vəhy 11:15).

  2. 22. Allahın hökuməti insan hakimiyyətinə son qoyacaq (Zəb. 2:7—9; Dən. 2:44).

  3. 23. Bəşəriyyətin problemlərini yalnız Allahın qurduğu hökumət həll edə bilər (Zəb. 37:10, 11; 46:9; Əşy. 65:21—23).

 ƏZAB-ƏZİYYƏT

  1. 24. Çəkdiyimiz əzablar Allahın işi deyil (Qan. 32:4; Yaq. 1:13).

  2. 25. Dünyanı Şeytan idarə edir (Luka 4:5, 6; 1 Yəh. 5:19).

  3. 26. Allah əzab-əziyyət çəkməyimizə biganə deyil (Zəb. 34:17—19; Əşy. 41:10, 13).

  4. 27. Allah tezliklə əzab-əziyyətlərə son qoyacaq (Əşy. 65:17; Vəhy 21:3, 4).

 ÖLÜM

  1. 28. Ölülər heç nə hiss etmir, onlar əzab çəkmirlər (Vaiz 9:5; Yəh. 11:11—14).

  2. 29. Ölülərin bizə nə xeyri, nə də ziyanı dəyə bilər (Zəb. 146:4; Vaiz 9:6, 10).

  3. 30. Ölən doğmalarımız diriləcək (Əyy. 14:13—15; Yəh. 5:28, 29; Həv. 24:15).

  4. 31. «Artıq ölüm olmayacaq» (Vəhy 21:3, 4; Əşy. 25:8).

 DİN

  1. 32. Heç də bütün dinlər Allahı razı salmır (Ərm. 7:11; Mət. 7:13, 14, 21—23).

  2. 33. Allah ikiüzlülüyə nifrət edir (Əşy. 29:13; Mik. 3:11; Mark 7:6—8).

  3. 34. Əsl məhəbbət həqiqi dinin nişanəsidir (Mik. 4:3; Yəh. 13:34, 35).