Kontentə keç

Mündəricatı göstər

DƏRS 21

Beytel

Beytel

Bədii tərtibat şöbəsi (ABŞ).

Almaniya

Keniya

Kolumbiya

Beytel ibrani dilindən tərcümədə «Allahın evi» deməkdir (Yaradılış 28:17, 19). Yehovanın Şahidlərinin təbliğ fəaliyyətinə nəzarət edən və dünyanın müxtəlif yerlərində yaradılan idarələr, yaxud filiallar Beytel adlanır. Baş idarə ABŞ-ın Nyu-York ştatında yerləşir. Rəhbərlik Şurası buradan bütün filialların fəaliyyətinə nəzarət edir. Beyteldə xidmət edənlər bir ailə kimi bir yerdə işləyir, bir yerdə yaşayır, bir süfrə arxasında yemək yeyir və birlikdə Müqəddəs Kitabı öyrənirlər (Zəbur 133:1).

Fədakar ailə. Beyteldə xidmət edənlər özlərini Allahın işinə həsr ediblər və bunun üçün əllərindən gələni əsirgəmirlər (Mətta 6:33). Bu bacı-qardaşlar maaş almırlar, lakin onlar otaqla, yeməklə və müəyyən məbləğdə xərcliklə təmin olunurlar. Beyteldə hər kəsin öz işi var, kimisi ofisdə, kimisi mətbəxdə, kimisi yeməkxanada işləyir. Başqaları isə mətbəədə, cildləmə emalatxanasında, camaşırxanada, təmizlik və texniki xidmət şöbələrində və sairə sahələrdə çalışırlar.

Müjdəçilik işinin dirəyi. Bütün dünyadakı Beytellər insanları Müqəddəs Kitab barədə maarifləndirmək məqsədinə xidmət edir. Bu broşür də buna bir nümunədir. Broşür Rəhbərlik Şurasının nəzarəti altında yazılmış, sonra elektron formatda bütün dünyada olan tərcümə qruplarına göndərilmişdir. Daha sonra Beytel mətbəələrində yüksək sürətli çap maşınlarında dərc olunmuş və sayı 118 000-dən çox olan yığıncaqlara göndərilmişdir. Bu broşürün ərsəyə gəlməsində xidməti olan bütün Beytel ailələri ən vacib işə — müjdəçilik işinə böyük töhfə vermişlər (Mark 13:10).

  • Beyteldə kimlər xidmət edir? Onlar nə ilə təmin olunurlar?

  • Beytel ailəsi hansı vacib işi dəstəkləyir?