Kontentə keç

Mündəricatı göstər

DƏRS 24

Təşkilatın fəaliyyəti necə maliyyələşir?

Təşkilatın fəaliyyəti necə maliyyələşir?

Nepal

Toqo

Böyük Britaniya

«Yehovanın Şahidləri» təşkilatı hər il yüz milyonlarla Müqəddəs Kitab və başqa nəşrlər dərc edib paylayır. Bu nəşrlər satış üçün nəzərdə tutulmur. Təşkilat həmçinin ibadət evləri, filiallar tikir və onlara texniki xidmət göstərir. Bundan əlavə, beytellilərə, xüsusi təyinatlı müjdəçilərə maddi dəstək olur və fəlakət baş verən ərazilərə yardım göndərir. Yəqin sizə maraqlıdır bütün bunlar necə maliyyələşir.

Pul yığılmır. Müjdəçilik işini həyata keçirmək üçün çoxlu pul lazım olsa da, biz heç kimdən pul tələb etmirik. XIX əsrdə «Gözətçi qülləsi» jurnalının ikinci buraxılışında yazılırdı ki, bizim arxamızda Yehova Allah durur, odur ki, təşkilatımız «kömək üçün heç vaxt heç kimə ağız açmayacaq». Bu günə kimi belə də olub! (Mətta 10:8).

Fəaliyyətimiz ianələr hesabına maliyyələşir. Müqəddəs Kitab üzrə maarifləndirmə işimizi çox adam qiymətləndirir və bu işə könüllü ianə verir. Yehovanın Şahidlərinin özləri də bütün dünyada Allahın işini icra etmək üçün vaxtlarını, güclərini və vəsaitlərini sərf edirlər (1 Salnamələr 29:9). Bu işin irəliləməsinə yardım etmək istəyənlər ibadət evlərində və toplantı zallarında olan qutulara ianə ata bilərlər. Həmçinin ianələri jw.org saytı vasitəsilə də göndərmək olar. İanənin çox hissəsini orta imkanlı adamlar verir. Onlar məbədin xəzinə qabına iki xırda pul salan və İsa peyğəmbərin təriflədiyi kasıb dul qadın kimi səxavət göstərirlər (Luka 21:1—4). Beləliklə, könlü istəyən hər kəs ürəyində qət etdiyi kimi müəyyən miqdarda pul ayırıb ianə edə bilər (1 Korinflilərə 16:2; 2 Korinflilərə 9:7).

Müjdəçilik işini dəstəkləmək istəyən insanlar həmişə olub və olacaq. Biz əminik ki, Yehova Allah bundan sonra da belə insanların vasitəsilə Öz işini irəli aparacaq (Məsəllər 3:9).

  • Təşkilatımız necə maliyyələşir?

  • Könüllü ianələr nəyə xərclənir?