A5
İncildə Allahın adı
Müqəddəs Kitab üzrə alimlər etiraf edirlər ki, Allahın adını ifadə edən tetraqrammaton (יהוה) Tövratın orijinal mətnində təxminən 7000 dəfə işlənir. Lakin çoxları belə düşünür ki, İncilin orijinal mətnində bu ad işlənməmişdi. Bu səbəbdən İncilin («Əhdi-Cədid») müasir tərcümələrinin
əksəriyyətində Yehova adı işlənmir. Hətta tetraqrammatonun yazıldığı Tövrat sitatlarını tərcümə edəndə də əksər İncil tərcüməçiləri Allahın adının əvəzinə «Rəbb» sözünü işlədirlər.Bu tərcümə həmin ənənəni izləmir, İncildə Yehova adını 237 dəfə işlədir. Bu adı işlətməyi qərara alan tərcüməçilər iki mühüm amili əsas götürmüşlər: 1) Bu gün mövcud olan İncil əlyazmaları orijinalın özü deyil. Əlimizdə olan minlərlə əlyazmaların əksəriyyəti orijinal əlyazmaların yazıldığı vaxtdan ən azı iki əsr sonra yazılmışdır. 2) Artıq o vaxt əlyazmaların üzünü köçürənlər ya tetraqrammatonu yunancadan «Rəbb» mənasını verən Kirios sözü ilə əvəz etmiş, ya da belə dəyişikliyə məruz qalmış əlyazmaların üzünü köçürmüşlər.
Yeni Dünya Tərcüməsi Komitəsi belə qənaətə gəlmişdir ki, tetraqrammatonun İncilin orijinal əlyazmalarında olmasına sanballı sübutlar var. Belə qərar aşağıdakı dəlillərdən doğur:
-
İsa Məsihin və həvarilərinin yaşadığı dövrdə mövcud olan Tövratın nüsxələrində bütün mətn boyu tetraqrammaton işlənirdi. Əvvəllər də demək olar ki, bu fakt mübahisə doğurmurdu. Lakin Kumranda Tövratın birinci əsrə aid olan əlyazmaları tapılandan sonra buna heç bir şübhə yeri qalmadı.
-
İsa Məsihin və həvarilərinin yaşadığı dövrdə Tövratın yunan dilindəki tərcümələrində tetraqrammaton yazılırdı. Əsrlər boyu alimlər düşünürdülər ki, Tövratın yunan tərcüməsi olan Septuaginta əlyazmalarında tetraqrammaton olmamışdır. XX əsrin ortalarında Septuagintanın İsa Məsihin zamanında mövcud olmuş qədim fraqmentləri alimlərin önünə çıxarıldı. Bu fraqmentlərdə ibrani hərflərlə yazılmış ilahi ada rast gəlinir. Bu göstərir ki, İsa Məsihin dövründə Müqəddəs Yazıların yunan dilində olan əlyazmalarında Allahın adı olmuşdur. Lakin eramızın IV əsrində Septuagintanın Vatikan kodeksi, Sinay kodeksi kimi əsas əlyazmalarında (Yaradılışdan Məlakiyə qədər), əvvəlki əlyazmalardan fərqli olaraq, bu ad yox idi. Buna görə də təəccüblü deyil ki, həmin dövrdən
qalmış əlyazmalarda Müqəddəs Kitabın İncil hissəsində Allahın adına rast gəlinmir.İsa Məsih demişdi: «Mən Atanın adından gəlmişəm». O həmçinin, bütün işlərini Atasının «adı ilə» gördüyünü vurğulamışdı
-
İncildə qeyd edilir ki, İsa Məsih tez-tez Allahın adı olduğunu vurğulayır və bu adı insanlara açırdı (Yəhya 17:6, 11, 12, 26). İsa Məsih demişdi: «Mən Atamın adından gəlmişəm». O həmçinin bütün işlərini Atasının «adı ilə» gördüyünü vurğulamışdı (Yəhya 5:43; 10:25).
-
İncil Allah tərəfindən Tövratın davamı olaraq verildiyi üçün Yehova adının İncilin mətnindən birdən-birə yox olması ahəngdarlığı pozmuş olardı. Təxminən I əsrin ortalarında İsa Məsihin davamçısı olan Yaqub Yerusəlimdəki məsihi icmasının ağsaqqallarına demişdi: «Allahın digər xalqlardan Öz adını daşıyan bir xalq təşkil etmək üçün onlara ilk dəfə necə nəzər saldığını Şəmun ətraflı nəql etdi» (Həvarilərin işlərin 15:14). Əgər I əsrdə heç kim Allahın adını bilməsəydi, bu adı dilə gətirməsəydi, Yaqubun bu sözləri məntiqsiz görünərdi.
-
İncildə Allahın adının qısa formasına rast gəlinir. Yunan mətnində, Vəhy 19:1, 3, 4, 6 ayələrində Allahın adı halleluyah kəlməsinin tərkibində işlənir. Bu kəlmə «Yaha alqış edin» mənasını verən ibrani ifadəsindən əmələ gəlir. «Yah» Yehova adının qısa formasıdır. İncildə yer alan bir sıra adlar məhz Allahın adından formalaşıb. Yeri gəlmişkən, sorğu mənbələrində İsa adının mənasının «Yehova xilasdır» olduğu göstərilir.
-
Erkən yəhudi mənbələri yəhudilərdən olan məsihilərin öz yazılarında Allahın adını istifadə etdiklərini göstərir. Eramızın təxminən 300-cü ilində tərtibatı tamamlanmış Toseftada (şifahi qanunların yazılı toplusu) şənbə günündə yandırılan məsihi yazıları barədə deyilir: «Müjdəçilərin kitablarını və minim [yəhudi məsihilər olduqları güman edilir] kitablarını odun ağzından alan yoxdur. Onların ilahi adın yazıldığı yerlərlə birlikdə yerindəcə yandırılmasına yol verilir». Eyni mənbədə eramızın II əsrinin əvvəlində yaşamış Cəliləli Yose adında ravvinin
sözləri sitat gətirilərək deyilir ki, həftənin başqa günlərində «yazılardan [məsihi yazıları nəzərdə tutulur] ilahi adı kəsib götürür və saxlayırlar, qalanları isə yandırırlar». -
Bəzi alimlər İncildə Tövratdan gətirilən sitatlarda Allahın adının yazıldığı ehtimalını qəbul edirlər. Müqəddəs Kitab üzrə bir şərh kitabında «Əhdi-Cədiddə Tetraqrammaton» başlığı altında yazılıb: «Əhdi-Cədid yazıları qələmə alınanda Əhdi-Ətiqdən gətirilən sitatların müəyyən qismində, yaxud hamısında ilahi ad olan Yahvenin, yəni
tetraqrammatonun yazılmasına müəyyən dəlillər mövcuddur» («Anchor Bible Dictionary»). Corc Hauard adında alim demişdir: «Erkən kilsənin işlətdiyi yunanca Bibliyanın [Septuaginta] nüsxələrində hələ də tetraqramın yazıldığını nəzərə alsaq, Əhdi-Cədid yazıçılarının Müqəddəs Yazılardan gətirdikləri sitatlarda tetraqramı qoruyub saxladıqları qənaəti ağlabatan görünür». -
Tanınmış Bibliya tərcüməçiləri İncildə Allahın adını işlətmişlər. Bu tərcümələrdən bəziləri «Yeni Dünya Tərcüməsi»ndən xeyli əvvəl işıq üzü görmüşdür. Nümunə Yəhuda 14 ayəsində Jehová adını işlədir, üstəlik yüzə yaxın haşiyədə onu mümkün tərcümə variantı kimi gətirir. Yuxarıda adı çəkilən tərcümələrdən çox-çox əvvəl, XVI əsrdən başlayaraq, İncilin ibrani dilinə tərcümələrində bir çox yerlərdə tetraqrammaton işlənmişdir. Alman dilində ən azından on bir müxtəlif tərcümədə İncildə Yehova (yaxud ibrani formasının transliterasiyası olan Yahve) adı işlənir (dördündə tərcüməçilər bu adı Rəbb sözündən sonra mötərizədə yazıblar). Yetmişdən çox alman tərcüməsində isə ilahi ada haşiyə və ya şərhlərdə rast gəlinir.
üçün aşağıdakıları göstərmək olar: «A Literal Translation of the New Testament . . . From the Text of the Vatican Manuscript», Herman Heynfetter (1863-cü il); «The Emphatic Diaglott», Bencamin Uilson (1864-cü il); «The Epistles of Paul in Modern English», Corc Barker Stivens (1898-ci il); «St. Paul’s Epistle to the Romans», U. Q. Ruterford (1900-cü il); «The New Testament Letters», C.U.Ç. Uond, London yepiskopu (1946-cı il). Bundan əlavə, XX əsrin əvvəllərində işıq üzü görmüş ispan dilindəki tərcümədə tərcüməçi Pablo Besson -
İncilin yüzdən artıq dildəki tərcümələrində Allahın adı işlənir. Bir sıra Afrika, Amerika (hindi), Asiya, Avropa və Sakit okean adaları dillərindəki tərcümələr ilahi adı yetərincə işlədirlər (1742, 1743–cü səhifələrdəki siyahıya bax). Bu nəşrlərin üzərində işləmiş tərcüməçilər yuxarıda sadalanan səbəblərdən irəli gələrək Allahın adını işlədiblər. Tərcümələrin bir neçəsi bu yaxınlarda işıq üzü görmüşdür. Məsələn, 1999-cu ildə çıxmış «Rotuman Bible» (48 ayədə 51 dəfə Jihova); 1989-cu ildə İndoneziyada Batak Toba dilində dərc edilmiş tərcümə (110 dəfə Jahowa).
Şübhəsiz, Allahın adını İncilə qaytarmaq üçün kifayət qədər danılmaz əsaslar vardır. Bu tərcümənin üzərində işləyən tərcüməçilər Allahın adına dərin hörmətdən və ilahi qorxudan irəli gələrək orijinal mətni təhrif etməyi özlərinə rəva bilməmiş, müqəddəs adı mətndə işlətmişlər (Vəhy 22:18, 19).