Əşiya 61:1—11

  • Həlimlərə müjdə verən (1—11)

    • Yehovanın iltifat ili (2)

    • Böyük salehlik ağacları (3)

    • Yadellilərin köməyi (5)

    • Yehovanın kahinləri (6)

61  Külli-İxtiyar Yehovanın ruhu üzərimdədir,+Çünki Yehova məni həlimlərə müjdə vermək üçün məsh etdi.+ O, məni qəlbisınıqların yarasını sarımağa,Əsirlərə azadlığı,Dustaqlara gözlərinin açılacağını xəbər verməyə göndərdi.+   Yehovanın iltifat ilini,Allahımızın intiqam gününü bəyan etməyə,+Bütün yaslılara təsəlli verməyə,+   Sion üçün ağlayanlaraKül yerinə örpək,Yas yerinə şənlik yağı,Qəm yerinə şükran libası verməyə göndərdi. Onlara Yehovanın Özünü ucaltmaq üçün əkdiyiBöyük salehlik ağacları deyiləcək.+   Neçə-neçə nəsillərdir viran qalmış yerləri,Qədim dağıntıları abad edəcəklər,+Keçmişdən qalma viranəlikləri tikib qaldıracaqlar,+Yerlə yeksan şəhərləri bərpa edəcəklər.+   «Yadellilər gəlib sürülərini otaracaq,Əcnəbilər+ sənin əkinçin, üzümçün olacaq.+   Siz isə Yehovanın kahinləri adlanacaqsınız,+Sizə Allahımızın xidmətçiləri deyiləcək. Siz xalqların sərvətini yeyəcək,+Onların cah-calalı ilə öyünəcəksiniz.   Xəcalət yerinə ikiqat pay alacaqsınız,Xalqım rüsvayçılıq yerinə aldığı paya görə sevincdən hayqıracaq. Bəli, ölkələrində ikiqat pay sahibi olacaqlar.+ Onlara əbədi sevinc nəsib olacaq.+   Mən Yehova ədaləti sevirəm,+Soyğunçuluğa, nadürüstlüyə nifrət edirəm.+ Mən onların haqqını insafla verəcəyəm,Onlarla əbədi əhd kəsəcəyəm.+   Onların övladları xalqlar arasında,Törəmələri ümmətlər arasında tanınacaq.+ Görən hər kəs biləcək ki,Yehovanın xeyir-duası bu nəslin üzərindədir».+ 10  Yehova hədsiz sevincim olacaq. Bütün varlığım Allahıma görə şadlanacaq.+ Çünki O, əynimə nicat libası geyindirdi;+Məni salehlik əbasına bürüdü,Başına kahin çalması qoymuş təzəbəy kimiyəm,+Bəzənib-düzənmişgəlin kimiyəm. 11  Torpaq pöhrəni cücərtdiyitək,Bağ əkilən toxumları yetişdirdiyitək,Külli-İxtiyar Yehova daSalehliyi+ və şükranı bütün xalqlar önündə belə yetişdirəcək.+

Haşiyələr