Məsəllər 24:1—34
24 Pis adamlara həsəd aparma,Onlara qoşulmağı arzulama.+
2 Çünki ürəklərindən zorakılıq keçir,Dilləri pislikdən danışar.
3 Ev hikmətlə tikilər,+Bəsirətlə möhkəmlənər.
4 Bilik sayəsində otaqlar dolarQiymətli, göz oxşayan xəzinələrlə.+
5 Güc müdrikdədir,+İnsanın elmi qüvvətini artırar.
6 Davanı ağıllı məsləhətlə apar,+Məsləhətçi çox olarsa, qələbə çalınar.+
7 Axmaq üçün əsl hikmət əlçatmazdır,+O, şəhər darvazasında deməyə söz tapmaz.
8 Şər quranın adıUsta fitnəkar qalar.+
9 Axmaq niyyətlər günah törədər,Xalqın rişxəndçidən zəhləsi gedər.+
10 Dar gündə ruhdan düşsən,Gücün tükənər.
11 Ölümə aparılanları xilas et,Məhvin astanasında olanları geri çək.+
12 Desən: «Xəbərimiz yox idi»,
Məgər ürəkləri yoxlayan bunu bilməz?+
Əlbəttə ki, səni müşahidə edən bunu bilər,Hər kəsə əməlinə görə əvəz verər.+
13 Oğlum bal ye, bal xeyirlidir.
Şanı balı ağzı şirin edər.
14 Bil ki, hikmət də cana xeyirdir,+Onu tapsan, gələcəyin var,Ümidin puça çıxmaz.+
15 Salehin evi yanında xaincəsinə pusqu qurma,Onun yurdunu viran qoyma.
16 Saleh yeddi dəfə yıxılar, yenə qalxar,+Şər adamı isə müsibət birdəfəlik yıxar.+
17 Düşmənin yıxılanda sevinmə,O büdrəyəndə ürəyin şadlanmasın.+
18 Yoxsa Yehova görər, Ona ağır gedər,Qəzəbini ondan döndərər.+
19 Pis adamlara görə dilxor olma,Şər adamlara qibtə etmə.
20 Çünki pisin gələcəyi yoxdur,+Şər adamın çırağı sönər.+
21 Oğlum, Yehovadan da, padşahdan da qorx.+
Xəyanətkarlara yoldaş olma.+
22 Çünki onların axırı qəfil gələr.+
O ikisinin* onlara verəcəyi cəzanı kim bilir?+
23 Bunlar da müdriklərin kəlamıdır:
Məhkəmədə tərəfkeşlik etmək yaxşı deyil.+
24 Şər adama: «Salehsən», deyəni+Ellər lənətlər, xalqlar qınayar.
25 Amma onu tənbeh edənlərin aqibəti xoş olar,+Başlarına nemət yağar.+
26 Dürüst cavab verənin dilindən öpərlər*.+
27 Çöl işlərini sahmana sal, tarlada hər işini gör qurtar,Sonra evini tik.
28 Nahaqdan başqasının əleyhinə şahid durma,+Məbada dilin başqalarına yalan satsın.+
29 Demə: «Mənə etdiyini ona edəcəyəm,Əməlinin əvəzini verəcəyəm».+
30 Tənbəlin tarlasının,+Ağılsızın bağının yanından keçdim.
31 Gördüm hər yanı alaq basıb,Gicitkən bürüyüb,Daş-divarı uçub.+
32 Baxdım, fikrə daldım,Özümə ibrət götürdüm:
33 Bir az yatsan, bir az mürgüləsən,Bir az əl-qolunu sallayıb otursan,
34 Yoxsulluq quldur kimi başının üstünü kəsər,Ehtiyac soyğunçu kimi üstünə gələr.+