Yəhyaya nazil olmuş vəhy 21:1—27

  • Yeni göy və yeni yer (1—8)

    • Artıq ölüm olmayacaq (4)

    • Hər şeyi təzə edirəm (5)

  • Yeni Yerusəlimin təsviri (9—27)

21  Sonra mən yeni göy və yeni yer gördüm.+ Çünki köhnə göylə köhnə yer yox olmuşdu,+ dəniz+ də artıq yox idi.  Mən həmçinin müqəddəs şəhəri, Yeni Yerusəlimi gördüm. O, göydən, Allahın yanından+ enirdi və sanki, nişanlısı üçün bəzənib-düzənmişdi.+  Bu vaxt taxtdan gələn gur səs eşitdim: «Budur, Allahın çadırı insanlarladır. O, onlarla məskən salacaq, onlar da Onun xalqı olacaqlar. Allah Özü onlarla olacaq.+  Allah insanların gözlərindən bütün yaşları siləcək.+ Artıq ölüm olmayacaq.+ Nə dərd, nə fəryad, nə də ağrı olmayacaq,+ çünki əvvəlki şeylər keçib getdi».  Taxtda+ oturan dedi: «Budur, Mən hər şeyi təzə edirəm».+ Sonra əlavə etdi: «Yaz, çünki bu sözlər doğru və etibarlıdır».  Sonra O, mənə dedi: «Onlar yerinə yetdi! Mən Alfa və Omeqayam*, əvvəl və axıram.+ Susayana həyat çeşməsindən suyu havayı verəcəyəm.+  Qalib gələn bunları miras alacaq. Mən onun Allahı olacağam, o da Mənim oğlum olacaq.  Ancaq qorxaqların, imansızların+, iyrənc əməl sahiblərinin,+ qatillərin, əxlaqsızların*,+ cindarlıqla məşğul olanların, bütpərəstlərin və bütün yalançıların+ aqibəti od və kükürdlə yanan göl olacaq.+ Bu, ikinci ölümü bildirir».+  Axırıncı yeddi bəla+ ilə dolu yeddi camı olan yeddi mələkdən biri mənə yaxınlaşıb dedi: «Gedək sənə gəlini, Quzunun arvadını+ göstərim». 10  O, ruhun qüvvəsi ilə məni böyük və uca bir dağın başına apardı və mənə göydən, Allahın yanından enən müqəddəs Yerusəlim şəhərini göstərdi.+ 11  Şəhər Allahın calalı ilə par-par parıldayır,+ çox qiymətli daş kimi, büllurtək bərq vuran yəşəm daşı kimi işıldayırdı.+ 12  Şəhərin böyük və hündür divarı və on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu və İsrail oğullarının on iki qəbiləsinin adı darvazaların üstündə yazılmışdı. 13  Şəhərin üç darvazası şərqə, üçü şimala, üçü cənuba, üçü də qərbə açılırdı.+ 14  Şəhər divarının bünövrəsində on iki daş var idi. Daşların üstündə Quzunun on iki həvarisinin+ adı yazılmışdı. 15  Mənimlə danışanın əlində şəhəri, darvazaları və divarları ölçmək üçün bir qızıl qamış çubuq vardı.+ 16  Şəhər dördbucaq şəklində idi, uzunluğu və eni bir idi. O, şəhəri qamış çubuqla ölçdü, 12 000 stadi* çıxdı. Şəhərin uzunluğu, eni və hündürlüyü birdir. 17  O, şəhər divarlarını da ölçdü. Həm bəşəri ölçü, həm mələk ölçüsü ilə divarların hündürlüyü 144 qulac* idi. 18  Divar yəşəm daşından,+ şəhərin özü isə xalis qızıldan idi, şəffaf şüşəyə bənzəyirdi. 19  Şəhər divarlarının bünövrəsi müxtəlif qiymətli daşlardan idi: birinci bünövrə daşı yəşəm daşından, ikincisi göy yaqutdan, üçüncüsü xalsedon daşından, dördüncüsü zümrüddən, 20  beşincisi sardoniksdən, altıncısı sard daşından, yeddincisi xrizolitdən, səkkizincisi beril daşından, doqquzuncusu topazdan, onuncusu xrizoprazdan, on birincisi giasintdən və on ikincisi ametistdən idi. 21  On iki darvaza isə on iki mirvari idi. Hər darvaza bir mirvaridən idi. Şəhərin baş küçəsi xalis qızıl idi, şəffaf şüşəyə bənzəyirdi. 22  Mən orada məbəd görmədim, çünki bu şəhərin məbədi Qadir Allah Yehova+ və Quzudur. 23  Şəhərin günəş və ay işığına ehtiyacı yoxdur, çünki onu Allahın calalı işıqlandırır+ və Quzu şəhərin çırağıdır.+ 24  Xalqlar onun nurunda yeriyəcəklər,+ dünyanın padşahları öz calalını oraya gətirəcəklər. 25  Şəhərin darvazaları gün ərzində bağlanmayacaq. Orada gecə də olmayacaq.+ 26  Xalqların calalını və şərəfini oraya gətirəcəklər.+ 27  Ancaq murdar şeylər, iyrənc əməl sahibləri və yalançılar o şəhərə əsla girməyəcək.+ Oraya yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.+

Haşiyələr

Yunan əlifbasında birinci və axırıncı hərflərin adı.
Təx. 2220 km. B14 əlavəsinə bax.
Təx. 64 m. B14 əlavəsinə bax.