Zəbur 91:1—16
91 Haqq-Taalanın pənahında yaşayan+Qüdrət Sahibinin kölgəsində yuva tapar.+
2 Yehovaya deyərəm: «Pənahgahım, istehkamım,+Allahım Sənsən, Sənə güvənirəm».+
3 O, səni ovçunun tələsindən,Ölüm gətirən azardan qurtarar.
4 Pərlərini üstünə gərər,Qanadları altına sığınarsan,+Sədaqəti+ sənə qalxan,+ istehkam olar.
5 Nə gecənin vahiməsindən qorxarsan,+Nə gündüz atılan oxdan,+
6 Nə zülmətdə dolaşan azar-bezardan,Nə günorta çalıb-çapan qırğından.
7 Yan-yörəndə min adam,Sağ tərəfində on min adam yerə sərilər,Sənə isə xətər dəyməz.+
8 Bunu gözünlə görəcəksən,Pislərin aldığı cəzanın şahidi olacaqsan.
9 Axı: «Yehovadır mənim pənahım», — demişdin,Haqq-Taalanı özünə məskən* etmişdin.+
10 Sənə bədbəxtlik üz verməz,+Bəla çadırına yaxın gəlməz.
11 Addımlarını qorusunlar deyə,Mələklərinə+ əmr edəcək,+
12 Ayağın daşa dəyməsin deyə,Səni əlləri üstündə aparacaqlar.+
13 Gənc aslanı, kobranı tapdalayarsan,Şiri, nəhəng ilanı ayağınla əzərsən.+
14 Allah deyir: «O ki Məni sevdi, onu qurtaracağam,+Adımı tanıdığı üçün onu hifz edəcəyəm.+
15 Məni çağıracaq, ona hay verəcəyəm,+Dar günündə yanında olacağam,+Onu qurtaracağam, şərəfə yüksəldəcəyəm.
16 Ona uzun ömür bəxş edəcəyəm,+Qurtuluşumu ona göstərəcəyəm».+
Haşiyələr
^ Digər variant: qala, sığınacaq.