NƏĞMƏ 130
Bir-birimizi bağışlayaq
-
1. Haqq Allah sevgiylə
Qurtuluş yolu açdı.
Oğlunu fəda edərək
Ölümü məğlub etdi.
Barışdıq Səninlə, ya Rəbb,
Biz fidyə sayəsində.
Ürəkdən tövbə edərək
Bol əfvi daddıq Səndən.
-
2. Rəhm etsək Rəhmantək
Görəcəyik mərhəmət.
Ürəkdən bağışlayaraq
Göstərək sevgi, şəfqət.
Davranaq gərək təmkinlə,
Biz kinə yer verməyək.
Gəl rəftar edək hörmətlə,
Cəmi dindaşı sevək.
-
3. Rəhm bir fəzilətdir,
Mərhəmət gəlsin içdən.
Ürəyi biz hifz edərik
Nifrətin zəhərindən.
Məhəbbətdir Rəbb Yehova,
Hey Ondan örnək alaq.
Sidq-qəlbdən bağışlayaraq
Allaha gəl bənzəyək.
(Həmçinin baxın: Mət. 6:12; Efes. 4:32; Kol. 3:13.)