NƏĞMƏ 55
Onlardan qorxma!
-
1. İrəli get, cəsarətlə,
Şahlığı təbliğ eylə.
Qorxma heç bir vəch ilə,
Hər kəsə müjdə söylə.
Göylərdə İsa padşahdır,
Şeytanı qovub yerə,
Pisliyə Məsih tezliklə
Mütləq qılacaq çarə.
NƏQARƏT
Heç nədən qətiyyən qorxma,
Tək qoymaram Mən səni.
Daima hifz edəcəyəm,
Mən göz bəbəyim kimi.
-
2. Düşmənlər güclü olsa da,
Böhtanlar atsa belə,
Hey sənə rişxənd etsə,
İşlətsə kələk, hiylə.
Qorxma, ey xalqım, sadiq qal,
Arxandayam Mən sənin.
Qələbə təkcə Mənimdir,
Xar olar düşmənlərin.
NƏQARƏT
Heç nədən qətiyyən qorxma,
Tək qoymaram Mən səni.
Daima hifz edəcəyəm,
Mən göz bəbəyim kimi.
-
3. Qorxma, hər vaxt yanındayam,
Sipərinəm Mən sənin.
İtirsən həyatını,
Bəxş edərəm canını.
Ölümdən qətiyyən qorxma,
Mənbəyiyəm həyatın.
Axıra kimi sadiq qal,
Əbədi cənnət yaxın.
NƏQARƏT
Heç nədən qətiyyən qorxma,
Tək qoymaram Mən səni.
Daima hifz edəcəyəm,
Mən göz bəbəyim kimi.
(Həmçinin baxın: Qan. 32:10; Nəh. 4:14; Zəb. 59:1; 83:2, 3.)