Nəğmə 136
Qoy Padşahlığın tez gəlsin!
Yüklə:
-
Yehova, Ulu Yaradan,
Tək Sənsən Şahənşah.
Verdin Oğluna səltənət,
Seçdin onu padşah.
Ya Rəbb, qurdun Padşahlığı,
Sənsən xalqın pənahgahı.
(NƏQARƏT)
Qüdrət, şahlıq, xilas
İndi Məsihin əlində.
Padşah çıxıb taxta,
Yalvar: «Tez gəlsin, tez gəlsin!»
-
Vaxtı azalıb İblisin,
Tökür yerə hirsin.
Göstər, ey Xuda, lütfünü,
Qüssə, kədər bitsin.
Ya Rəbb, qurdun Padşahlığı,
Sənsən xalqın pənahgahı.
(NƏQARƏT)
Qüdrət, şahlıq, xilas
İndi Məsihin əlində.
Padşah çıxıb taxta,
Yalvar: «Tez gəlsin, tez gəlsin!»
-
Göydə sevinir mələklər,
Oxur həmdi-şükran.
Şeytan atıldı göylərdən,
Təmizdir asiman.
Ya Rəbb, qurdun Padşahlığı,
Sənsən xalqın pənahgahı.
(NƏQARƏT)
Qüdrət, şahlıq, xilas
İndi Məsihin əlində.
Padşah çıxıb taxta,
Yalvar: «Tez gəlsin, tez gəlsin!»
(Həmçinin baxın: Dən. 2:34, 35; 2 Kor. 4:18.)