OYAQ QALIN!
2023-cü ilə ümidlə baxmaq üçün səbəblər. Müqəddəs Kitabda bu barədə nə deyilir?
Artıq 2023-cü ilə qədəm qoymuşuq. Hamı özü və ailəsi üçün gözəl günlərin olmasını ümid edir. Bəs nəyə görə gələcəyə belə ümidlə baxırıq?
Müqəddəs Kitab ümid verir
Müqəddəs Kitabda yazılıb ki, üzləşdiyimiz problemlər müvəqqətidir və tezliklə aradan qaldırılacaq. Bu kitab «bizə nəsihət olaraq yazılıb ki,.. [oradan] aldığımız təsəlli sayəsində ümidimiz olsun» (Romalılara 15:4).
Müqəddəs Kitabın nə vəd etdiyi haqda daha ətraflı öyrənmək üçün «Gözəl gələcəyə real ümid» adlı məqaləni oxuyun.
Sizə indi kömək edəcək bir ümid
Müqəddəs Kitabın verdiyi ümid «bizim üçün... gəmi lövbəri kimidir» (İbranilərə 6:19). Bu ümid bizə indiki problemlərimizin öhdəsindən gəlməyə, müsbət əhval-ruhiyyəni qorumağa və uzun müddətli xoşbəxtlik tapmağa kömək edə bilər. Məsələn:
Müqəddəs Kitabdakı ümid bir kişiyə asılılığın öhdəsindən gəlməyə kömək edib. «Bu cür yaşamaqdan bezmişdim» adlı videoya baxın.
Müqəddəs Kitabdakı ümid bizə əzizlərimizin ölümünə dözməyə kömək edir. «Gözüyaşlılara təsəlli» adlı videoya baxın.
Ümidinizi möhkəmləndirin
Çoxları gələcəyə ümidlə baxsa da, ümidlərinin nə vaxtsa gerçəkləşəcəyinə əmin deyillər. Amma Müqəddəs Kitabdakı vədlər mütləq yerinə yetəcək. Çünki bu vədləri «heç vaxt yalan danışmayan» Yehova a Allah verib (Titusa 1:2). Yalnız Yehovanın bütün vədləri yerinə yetirməyə gücü çatır. O «istədiyi hər şeyi» edə bilir (Zəbur 135:5, 6).
Müqəddəs Kitabın verdiyi ümidə etibar etmək olar. Sizi bu ümid barədə öyrənməyə dəvət edirik. Müqəddəs Yazıları diqqətlə araşdırmaqla bu ümidə etibarınızı möhkəmləndirə bilərsiniz (Həvarilərin işləri 17:11). Pulsuz Müqəddəs Kitab dərslərindən faydalanaraq özünüz bu qənaətə gələ bilərsiniz. 2023-cü ilə gözəl ümidlə başlayın!
a Yehova Allahın adıdır (Zəbur 83:18).