Kontentə keç

Mündəricatı göstər

Comstock Images/Stockbyte via Getty Images

Korrupsioner siyasətçilər. Allahın Padşahlığı buna əncam qılacaq?

Korrupsioner siyasətçilər. Allahın Padşahlığı buna əncam qılacaq?

 İnsanlar korrupsioner siyasətçilərin əlindən yorulublar, buna görə də etimad edə biləcəkləri rəhbərə ehtiyac duyurlar. 2023-cü ildə dünyanın müxtəlif yerlərində keçirilən sorğuda a bəzi insanlar qeyd ediblər ki, hökumət başçıları ən az etimad etdikləri insanlar sırasındadır.

 Müqəddəs Kitabda bir hökumətdən bəhs edilir. Həmin hökumətin rəhbəri etimada layiqdir və o heç vaxt korrupsiyaya yol verməyib. Bu hökumət Allahın Padşahlığıdır və onun rəhbəri İsa Məsihdir (Əşiya 9:7).

 İsa Məsih öz əməlləri ilə sübut etmişdir ki, o, qayğıkeşdir, insanların qeydinə qalır (Mətta 9:35, 36). O, Allahın Padşahlığının Padşahı kimi rəhbərliyini qəbul edənlərin hamısına qarşı ədalətli olacaq və onlara sülh bəxş edəcək (Zəbur 72:12—14).

a Edelmanın Etimad Barometri, Ümumdünya hesabat, 2023-cü il.