Kontentə keç

Mündəricatı göstər

OYAQ QALIN!

Nəyə görə siyasətçilər parçalanma yaradır? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Nəyə görə siyasətçilər parçalanma yaradır? Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Siyasi parçalanma bir çox dünya ölkələrinin bəlasına çevrilib. Pyu adına Tədqiqat Mərkəzinin 2022-ci ildə 19 ölkədə keçirdiyi sorğuya əsasən, «iştirakçıların 65%-i deyib ki, onların ölkəsində müxtəlif siyasi partiyaları dəstəkləyən insanlar arasında ciddi, və ya çox ciddi fikir ayrılığı var».

 Siz də yaşadığınız ölkədə siyasi parçalanmanın getdikcə artdığını müşahidə etmisiniz? Sizcə, bunun səbəbi nədir? Bunun bir həll yolu var? Görün Müqəddəs Kitabda bu barədə nə deyilir.

Parçalanmaya səbəb olan xüsusiyyətlər

 Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, «axırzaman» adlanan yaşadığımız bu dövrdə insanların çoxu birliyə nail olmağa mane olan xüsusiyyətlər təzahür etdirəcəklər.

  •    «Axırzamanda son dərəcə çətin bir vaxt gələcək. Çünki insanlar xudbin,.. barışmaz» olacaqlar (2 Timutiyə 3:1—3).

 İnsanların çoxu əlləşib-vuruşsa da, hökumətlər yaxşı nəticələr əldə edə bilmir. Fərqli baxışlara sahib olan insanlar problemləri həll etmək üçün çiyin-çiyinə çalışmağın çətin, hətta mümkünsüz olduğunu qeyd edirlər. İnsanların gəldiyi bu nəticə Müqəddəs Kitabda uzun illər əvvəl yazılmış sözləri təsdiq edir.

  •    «İnsanın insana ağalıq etməsi insanın zərərinə olub» (Vaiz 8:9).

 Amma Müqəddəs Kitabda bu problemin həlli də göstərilib. Bu, cəmiyyətdəki bütün problemləri aradan qaldırmağa qadir olan birinin rəhbərlik etdiyi hökumətdir.

İnsanların qeydinə qalan rəhbər

 Müqəddəs Kitabda insanların bütün problemlərini həll edəcək rəhbərin kimliyi açıqlanır. Bu, İsa Məsihdir. Onun insanlar arasında birlik və sülh yaratmaq üçün gücü və səlahiyyəti var. Üstəlik, o bunu ürəkdən arzulayır.

  •    «Onun dövründə saleh adam çiçəklənəcək,.. hər yanda sülh olacaq» (Zəbur 72:7).

  •    «Bütün xalqlar qulluğunda duracaq» (Zəbur 72:11).

 İsa mükəmməl rəhbərdir, çünki o, bütün insanların, xüsusilə də ədalətsizliklə üzləşənlərin qeydinə qalır və onlara kömək etmək istəyir.

  •    «O, imdad deyib çağıran fağırı, məzlumu, biçarəni xilas edəcək. O, fağır-füqəranın halına acıyacaq, fəqirlərin canını xilas edəcək. Canlarını zülmdən, zorakılıqdan qurtaracaq» (Zəbur 72:12—14).

 İsa Məsihin rəhbərlik etdiyi Allahın Padşahlığı, yəni səmavi hökumət barədə daha çox öyrənin. Görün bu hökuməti necə dəstəkləyə bilərsiniz və bu sizə hansı faydanı gətirəcək.