Kontentə keç

Todd Aki/Moment Open via Getty Images

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Manta skatının filtrasiya sistemi

Manta skatının filtrasiya sistemi

 Manta skatları üzə-üzə ağızlarını geniş açaraq su ilə qarışıq planktonları tuturlar. Sonra bu qarışıq filtrdən keçir, planktonlar manta skatının boğazına düşür və qida kimi udulur. Su isə skatın qəlsəmələrindən xaric olunur. Bəzi planktonlar o qədər kiçikdir ki, əslində, skat onları filtrdən keçirə bilməməlidir. Amma maraqlıdır ki, o bunu bacarır və həmin xırda planktonları da yeyir. Elmi jurnalist Ed Yonq «bunu mümkünsüz görünən bir qabiliyyət» adlandırır.

 Düşünün : Bu skatın filtr sistemi hər iki tərəfdə beş ədəd olan qəlsəmədən ibarətdir. Onlar qövsvari formadadırlar və ikitərəfli darağa bənzəyirlər. Onların üzərindəki bəzi dişciklər önə, bəziləri isə arxaya doğru əyilib. Nəticədə, dəniz suyu bəzi yerlərdə qəlsəmələrdəki dişciklərin üstündən, bəzi yerlərdə isə arasından keçərək xırda burulğanlar əmələ gətirir.

 Planktonlar və digər qida parçaları dişciklərin ucuna dəyərək sürətlə hərəkət edən su axını ilə qarşılaşır və skatın boğazına gedir. Burulğanlar planktonların sürətini artırır və nəticədə, dişciklərin arasından keçəcək qədər xırda planktonlar belə su axınına dəyərək təkanla skatın boğazına gedir. Bu filtrasiya sistemi olmasaydı, xırda planktonlar manta skatının qəlsəmələrinin arasından keçərək dənizə qayıdardılar.

 Bundan əlavə, hansı sürətlə üzməsindən və planktonların miqdarından asılı olmayaraq, manta skatının filtrasiya sistemi tutulmur və öz-özünü təmizləyir.

 Tədqiqatçılar manta skatının filtrasiya sistemindən ilhamlanaraq, çirkli suyu təmizləyən və onu zərərli mikroplastik maddələrdən ayıran filtrlər düzəltmək istəyirlər.

 Necə düşünürsünüz? Manta skatının filtrasiya sistemi təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?