Kontentə keç

Məsihlə bağlı peyğəmbərliklər İsanın Məsih olduğunu sübut edir?

Məsihlə bağlı peyğəmbərliklər İsanın Məsih olduğunu sübut edir?

Müqəddəs Kitabın cavabı

 Bəli. İsa peyğəmbər yer üzündə olduğu müddətdə Öndər Məsih, yəni «dünyanın Xilaskarı» ilə bağlı bir sıra peyğəmbərlikləri yerinə yetirdi (Dənyal 9:25; 1 Yəhya 4:14). Hətta ölümündən sonra da o, Məsihlə bağlı peyğəmbərlikləri yerinə yetirmişdi (Zəbur 110:1; Həvarilərin işləri 2:34—36).

 «Məsih» sözünün mənası nədir?

 İbranicə Maşiax (Məsih) və yunan ekvivalenti Xristos (Məsih) sözlərinin mənası «məsh edilmiş» deməkdir. Buna görə də «İsa Məsih» deyildikdə İsanın «məsh edilmiş» olduğu nəzərdə tutulur.

 Müqəddəs Kitabın yazıldığı dövrdə insan hakimiyyətdə xüsusi mövqeyə təyin olunanda, adətən, başına yağ tökülüb məsh olunurdu (Lavililər 8:12; 1 İşmuil 16:13). İsanı yüksək səlahiyyət sahibi, yəni Məsih olmağa Allah təyin edib (Həvarilərin işləri 2:36). Lakin Allah İsanı yağla deyil, müqəddəs ruhla məsh edib (Mətta 3:16).

 Məsihlə bağlı peyğəmbərlikləri bir neçə insan yerinə yetirə bilər?

 Xeyr. Bir barmaq izi ilə yalnız bir insan müəyyən edildiyi kimi, Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi də yalnız bir Məsihə işarə edir. Bununla belə, Müqəddəs Kitab xəbərdarlıq edir ki, «yalançı məsihlər və yalançı peyğəmbərlər peyda olacaq. Onlar böyük əlamətlər və möcüzələr göstərəcəklər ki, mümkünsə, seçilmişləri də yoldan çıxartsınlar» (Mətta 24:24).

 Ola bilərmi ki, Məsih gələcəkdə peyda olsun?

 Xeyr. Müqəddəs Kitabda peyğəmbərlik edilmişdi ki, Məsih İsrail padşahı Davudun nəslindən gələcək (Zəbur 89:3, 4). Lakin Davuda qədər olan yəhudi nəsil şəcərəsinin siyahısı itmişdi. Ehtimal ki, həmin siyahı eramızın 70-ci ilində romalılar Yerusəlimi ələ keçirən zaman məhv olmuşdu a. O vaxtdan bəri kiminsə Davud padşahın nəslindən olduğunu sübut etməsi mümkün deyil. Amma İsanın yaşadığı dövrdə bu nəsil şəcərəsinin siyahısı mövcud idi. İsa Davudun nəslindən gəldiyini deyəndə heç düşmənləri onun dediklərinin əksini sübut edə bilməmişdilər (Mətta 22:41—46).

 Müqəddəs Kitabda Məsihlə bağlı neçə peyğəmbərlik qələmə alınıb?

 Məsihlə bağlı peyğəmbərliklərin dəqiq sayını müəyyən etmək mümkün deyil. Hətta Məsih üzərində yerinə yetdiyini dəqiq bildiyimiz peyğəmbərliklərin yazıldığı parçalarda belə, peyğəmbərliklərin sayılma üsulu müxtəlif ola bilər. Məsələn, Əşiya 53:2—7 ayələrdə Məsihlə bağlı bir neçə təfsilat peyğəmbərlik edilib. Bəziləri bu parçada yazılanları bir peyğəmbərlik kimi, başqaları isə hər bir təfsilatı ayrı-ayrı peyğəmbərlik kimi saya bilər.

 İsanın üzərində yerinə yetən Məsihlə bağlı peyğəmbərliklər

Peyğəmbərlik

Yazılıb

Yerinə yetib

İbrahimin övladı olması

Yaradılış 22:17, 18

Mətta 1:1

İbrahimin oğlu İshaqın nəslindən gəlməsi

Yaradılış 17:19

Mətta 1:2

İsrailin Yəhuda qəbiləsindən doğulması

Yaradılış 49:10

Mətta 1:1, 3

Davud padşahın nəslindən gəlməsi

Əşiya 9:7

Mətta 1:1

Bakirə qızdan doğulması

Əşiya 7:14

Mətta 1:18, 22, 23

Beytləhmdə doğulması

Mikə 5:2

Mətta 2:1, 5, 6

İmanuil b adlanması

Əşiya 7:14

Mətta 1:21—23

Sadə şəraitdə doğulması

Əşiya 53:2

Luka 2:7

Doğulmasından sonra körpə uşaqların öldürülməsi

Ərəmya 31:15

Mətta 2:16—18

Misirdən çağırılması

Huşə 11:1

Mətta 2:13—15

Nəsrani c adlanması

Əşiya 11:1

Mətta 2:23

Qabağınca bir elçinin gəlməsi

Məlaki 3:1

Mətta 11:7—10

Eramızın 29-cu ilində məsh olunması

Dənyal 9:25

Mətta 3:13—17

Allahın onu Öz oğlu kimi bəyan etməsi

Zəbur 2:7

Həvarilərin işləri 13:33, 34

Allahın evinin qeyrətini çəkməsi

Zəbur 69:9

Yəhya 2:13—17

Xoş xəbəri təbliğ etməsi

Əşiya 61:1

Luka 4:16—21

Cəlilədəki xalqın parlaq işıq görməsi

Əşiya 9:1, 2

Mətta 4:13—16

Musa peyğəmbər kimi möcüzələr göstərməsi

Qanunun təkrarı 18:15

Həvarilərin işləri 2:22

Musa peyğəmbər kimi Allahın sözünü çatdırması

Qanunun təkrarı 18:18, 19

Yəhya 12:49

Xəstələri sağaltması

Əşiya 53:4

Mətta 8:16, 17

Özünə diqqət çəkməməsi

Əşiya 42:2

Mətta 12:17, 19

Dərdli insanlara şəfqət göstərməsi

Əşiya 42:3

Mətta 12:9—20; Mark 6:34

Allahın ədalətini əks etdirməsi

Əşiya 42:1, 4

Mətta 12:17—20

Müdrik məsləhətçi olması

Əşiya 9:6, 7

Yəhya 6:68

Yehovanın adını bəyan etməsi

Zəbur 22:22

Yəhya 17:6

Məsəllərlə danışması

Zəbur 78:2

Mətta 13:34, 35

Öndər olması

Dənyal 9:25

Mətta 23:10

Çoxlarının ona iman gətirməməsi

Əşiya 53:1

Yəhya 12:37, 38

Büdrədən daş olması

Əşiya 8:14, 15

Mətta 21:42—44

İnsanlar tərəfindən rədd edilməsi

Zəbur 118:22, 23

Həvarilərin işləri 4:10, 11

Ona nahaqdan nifrət edilməsi

Zəbur 69:4

Yəhya 15:24, 25

Qoduğun belində Yerusəlimə daxil olması

Zəkəriyyə 9:9

Mətta 21:4—9

Uşaqların ona həmd söyləməsi

Zəbur 8:2

Mətta 21:15, 16

Yehovanın adı ilə gəlməsi

Zəbur 118:26

Yəhya 12:12, 13

Güvəndiyi kəs tərəfindən xəyanətə uğraması

Zəbur 41:9

Yəhya 13:18

30 gümüşə d satılması

Zəkəriyyə 11:12, 13

Mətta 26:14—16; 27:3—10

Dostlarının ondan üz döndərməsi

Zəkəriyyə 13:7

Mətta 26:31, 56

Yalançı şahidlərin ona böhtan atması

Zəbur 35:11

Mətta 26:59—61

İttihamçıların qarşısında susması

Əşiya 53:7

Mətta 27:12—14

Üzünə tüpürülməsi

Əşiya 50:6

Mətta 26:67; 27:27, 30

Çubuqla başına vurulması

Mikə 5:1

Mark 15:19

Qamçılanması

Əşiya 50:6

Yəhya 19:1

Onu vuranlara müqavimət göstərməməsi

Əşiya 50:6

Yəhya 18:22, 23

Hakimiyyət rəhbərlərinin ona qarşı birləşməsi

Zəbur 2:2

Luka 23:10—12

Əllərindən və ayaqlarından dirəyə mıxlanması

Zəbur 22:16

Mətta 27:35; Yəhya 20:25

Paltarını bölüşdürmək üçün insanların püşk atması

Zəbur 22:18

Yəhya 19:23, 24

Günahkarlara tay tutulması

Əşiya 53:12

Mətta 27:38

Söyülməsi, təhqir edilməsi

Zəbur 22:7, 8

Mətta 27:39—43

Günahlı insanların uğrunda əzab çəkməsi

Əşiya 53:5, 6

1 Butrus 2:23—25

Allah tərəfindən tərk edilmiş kimi görünməsi

Zəbur 22:1

Mark 15:34

İçməsi üçün içinə acı bir şey qatılmış şərab verilməsi

Zəbur 69:21

Mətta 27:34

Ölümündən əvvəl susaması

Zəbur 22:15

Yəhya 19:28, 29

Ruhunu Allaha əmanət etməsi

Zəbur 31:5

Luka 23:46

Canını ölümə verməsi

Əşiya 53:12

Mark 15:37

Günahı aradan qaldırmaq üçün fidyə ödəməsi

Əşiya 53:12

Mətta 20:28

Heç bir sümüyünün sınmaması

Zəbur 34:20

Yəhya 19:31—33, 36

Bədəninin deşilməsi

Zəkəriyyə 12:10

Yəhya 19:33—35, 37

Dövlətlilərin yanında dəfn edilməsi

Əşiya 53:9

Mətta 27:57—60

Dirilməsi

Zəbur 16:10

Həvarilərin işləri 2:29—31

Ona xəyanət edən adamın əməlinin əvəzini ödəməsi

Zəbur 109:8

Həvarilərin işləri 1:15—20

Allahın sağında oturması

Zəbur 110:1

Həvarilərin işləri 2:34—36

a Mak-Klintok və Stronqun ensiklopediyasında deyilir: «Yəhudi nəsil şəcərəsinin siyahısının daha öncə yox, məhz Yerusəlimin dağıdıldığı zaman məhv edildiyinə demək olar ki, heç bir şübhə yoxdur».

b İbrani dilində İmanuil adı «Allah bizimlədir» mənasını daşıyır, bu, İsanın Məsih kimi rolunu çox gözəl təsvir edir. Onun yer üzünə gəlməsi və gördüyü işlər sübut edirdi ki, Allah Öz xidmətçiləri ilədir (Luka 2:27—32; 7:12—16).

c «Nəsrani» sözü ibranicə netser sözündən götürülüb, mənası «pöhrə» deməkdir.

d Bu peyğəmbərlik «Zəkəriyyə» kitabında yerləşir, lakin Müqəddəs Kitab yazarlarından Mətta deyir ki, bu, «Ərəmya peyğəmbər vasitəsilə» deyilib (Mətta 27:9). Görünür, bəzən «Ərəmya» kitabı Müqəddəs Kitabın «Peyğəmbərlərin kitabları» adlanan hissəsində ilk kitab olub (Luka 24:44). Deməli, Mətta «Ərəmya»nın adını çəkərkən «Zəkəriyyə» kitabının da daxil olduğu həmin hissəni bütövlükdə nəzərdə tutub.