Kontentə keç

GƏNCLƏRİN SUALLARI

Dost dairəmi genişləndirməyə dəyər?

Dost dairəmi genişləndirməyə dəyər?

 «Öz kompaniyamızda özümü sərbəst hiss edirəm. Kənar insanlarla münasibət qurmaq mənə çətin gəlir» (Alan).

 «Mənim dost dairəm kiçikdir. Bu, mənim xoşuma gəlir. Tanımadığım adamlarla elə də asan ünsiyyət qura bilmirəm» (Sara).

 Sən də Alan və Sara kimisən? Sənin də dost dairən kiçikdir? Sən də yeni adamlarla münasibət qurmağa çəkinirsən?

 Elə isə bu məqalə sənin üçündür!

 Qruplaşmanın yaratdığı problemlər

 Kiçik dost qrupunun olması qəbahət deyil. Belə qrupda sən özünü yad hiss etmirsən və onlar səni olduğun kimi, pis-yaxşı xüsusiyyətlərinlə qəbul edirlər.

 «Sevildiyini bilmək, dost əhatəsinin olması adama xoş gəlir. Gənc olanda insan belə şeylərə xüsusilə həvəsli olur» (Karen, 19 yaş).

 Bilirdin? İsa Məsihin çoxlu dostları arasında həvariləri də var idi. Ancaq onlardan üçü ilə — Butrus, Yaqub və Yəhya ilə daha yaxın idi (Mark 9:2; Luka 8:51).

 Amma sırf eyni insanlarla dostluq etmək, başqalarından isə yan gəzmək problemə gətirib çıxara bilər. Misal üçün:

  •   Canlara dəyən dostluqlardan özünü məhrum edə bilərsən.

     «Təkcə maraqların üst-üstə düşən insanlarla dostluq edirsənsə, dünya görüşün az olacaq və gözəl insanlarla tanış ola bilməyəcəksən» (Evan, 21 yaş).

  •   Özündən razı insan kimi görünə bilərsən.

     «Ancaq eyni adamlarla oturub-durursansa, qıraqdan elə görsənə bilər ki, sən başqaları ilə danışmaq istəmirsən» (Sara, 17 yaş).

  •   Kimlərinsə xuliqan hərəkətlərinə şərik ola bilərsən.

     «Ola bilsin kimsə özü xuliqan deyil, amma dostları belə şeylər edirsə, özü də hiss etmədən, bu, ona normal, hətta əyləncəli gələ bilər» (Ceyms, 17 yaş).

  •   Başına iş aça bilərsən, xüsusilə də, həmin kompaniyada qalmaq üçün hər şeyi etməyə hazırsansa.

     «Dostlar arasında bir nəfər də pis adamın olması digər uşaqların da pis hərəkətlərə meyil salmasına bəs edir» (Martina, 17 yaş).

 Nə edə bilərsən?

  •   Dəyərlərini müəyyən et.

     Özündən soruş: «Hansı dəyərlərə əsasən yaşayıram? Dostlarım həmin dəyərlərə uyğun yaşamağıma kömək edir, yoxsa mane olur? Heç nəyə baxmayaraq, onlarla dostluğumu davam etdirəcəyəm?»

     Müqəddəs Kitab prinsipi: «Pis dostlar yaxşı əxlaqı pozur» (1 Korinflilərə 15:33).

     «Əgər dostların səninlə eyni dəyərlərə malik deyillərsə, onda sən, özün də hiss etmədən, heç vaxt etməyəcəyin hərəkətlərə yol verə bilərsən» (Ellen, 14 yaş).

  •   Prioritetlərini müəyyən et.

     Özündən soruş: «Dost dairəmə öz prinsiplərini tapdalayacaq qədər yaxınam? Dostum səhv hərəkət etsə, nə edərəm?»

     Müqəddəs Kitab prinsipi: «Mənə əziz olan adamları mən məzəmmət və tərbiyə edirəm» (Vəhy 3:19).

     «Əgər dostlarından biri öz başına iş açarsa, sən düşünə bilərsən ki, bu haqda kiməsə danışsan, dostuna xəyanət etmiş olarsan» (Melani, 22 yaş).

  •   Dost dairəni genişləndir.

     Özündən soruş: «Yaxşı tanımadığım insanları dost dairəmə daxil etsəm, bunun mənə xeyri olacaq?»

     Müqəddəs Kitab prinsipi: «Təkcə özünüzü fikirləşməyin, başqalarını da fikirləşin» (Filippililərə 2:4).

     «Çoxlarının bəyənmədiyi, dostluq etmədiyi uşaqlar, əslində, çox vaxt evdə elə də xoş gün görmürlər. Bu cür uşaqları yaxından tanıdıqca onların özünəməxsus necə gözəl xüsusiyyətləri olduğunu aşkar edirsən» (Brayn, 19 yaş).

 Yadda saxla. Kiçik dost qrupunun olması qəbahət deyil. Amma dost dairəni genişləndirməyin də xeyri var. Müqəddəs Kitabda yazılır: «Su verənə su verilər» (Məsəllər 11:25).