Kontentə keç

Təbliğçilər Müqəddəs Kitabın «Mətta» bölməsinin nüsxələrini əllərində tutublar

7 İYUN 2023
HİNDİSTAN

Assam dilində «Mətta» kitabı işıq üzü gördü

Assam dilində «Mətta» kitabı işıq üzü gördü

28 may 2023-cü il tarixində Hindistanın Assam ştatının Duliajan şəhərində keçirilən xüsusi tədbirdə Assam dilində Müqəddəs Kitabın «Mətta» bölməsinin işıq üzü gördüyü elan olundu. Tədbirə 96 nəfəri videokonfrans vasitəsilə olmaqla, ümumilikdə 279 nəfər qatılmışdı. Kitabın işıq üzü gördüyü elan olunan kimi çap formatı zalda əyləşənlərə paylandı və elektron formatını yükləmək mümkün oldu.

Ahomiya dili kimi tanınan Assam dili Hindistanın şimal-şərqində yerləşən Assam ştatının rəsmi dilidir. Assam xalqına Ahomiya xalqı da deyirlər. Onlar milli çay və qonaqpərvərlikləri ilə tanınırlar.

İlk assamdilli yığıncaq 1987-ci ildə yaranıb. Həmin ildən təbliğçilərin sayı get-gedə artıb. Hal-hazırda səkkiz assamdilli yığıncaq var və bu yığıncaqlarda ümumilikdə 162 təbliğçi xidmət edir.

Assam dilində Müqəddəs Kitabın iki tərcüməsi daha çox istifadə olunur. Amma bu tərcümələrdə köhnəlmiş terminlər və ifadələr yer aldığına görə təbliğçilərə onları oxumaq və başa düşmək çətindir. Yenicə işıq üzü görmüş «Mətta» kitabı isə asanlıqla başa düşülür.

Biz əminik ki, bacı-qardaşlarımız və Allahın Kəlamına maraq göstərən insanlar Assam dilində «Mətta» kitabını böyük həvəslə oxuyacaqlar və Yehovaya daha da yaxınlaşacaqlar (Nəhəmya 8:12).