Kontentə keç

14 YANVAR 2020
İNDONEZİYA

Cakartanı su basıb

Cakartanı su basıb

31 dekabr 2019-cu il tarixində İndoneziyanın paytaxtı Cakartada 380 millimetr miqdarında yağış yağıb. Nəticədə, hesablamalara görə, qardaşlarımızın yaşadığı 100 evi su basıb. Bəzi evlərdə suyun səviyyəsi 1,5 metrədək qalxmışdı.

Dindaşlarımız arasında ölən və xəsarət alan yoxdur. Bununla belə, bir çox təbliğçilər evlərini müvəqqəti tərk etməli olub, tərk edə bilməyənlər isə daha təhlükəsiz yerlərə keçib. Bundan əlavə, ibadət evi kimi istifadə edilən bəzi tikililərə cüzi ziyan dəyib. Yerli ağsaqqallar yardım işlərini, su və ərzağın paylanmasını təşkil edib. Rayon nəzarətçiləri fəlakətdən zərər çəkmiş bacı-qardaşlara baş çəkir, Müqəddəs Kitabdan onlara təskinlik verirlər. İki Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi yaradılıb. Onlar dəymiş zərəri hesablayır, görüləcək yardım işlərini planlaşdırır.

Baxmayaraq ki fəlakət zonasında yaşayan bəzi ailələr həftəiçi keçirilən yığıncaq görüşlərində iştirak etmək üçün su basmış ərazilərdən keçməli olur, daşqın qardaşların ruhani fəaliyyətinə əngəl törədə bilməyib. İndoneziya filial komitəsinin üzvü Daniel Purnomo deyib: «Bu, son illərdə Cakartada baş vermiş ən şiddətli daşqındır, ancaq qardaşlar ruhdan düşməyib. Əksinə, onlar bir-birlərinə əl-tutmaqla məsihi məhəbbətinə uyğun davranırlar».

Biz təbiət qüvvələrinin insanlara ziyan vurmayacağı vaxtı böyük həsrətlə gözləyirik (Mark 4:39).