Kontentə keç

Monako Ali Məhkəməsinin binası

23 NOYABR 2022
MONAKO

Monakoda Yehovanın Şahidlərinə rəsmi qeydiyyat verildi

Monakoda Yehovanın Şahidlərinə rəsmi qeydiyyat verildi

19 noyabr 2022-ci il tarixində Monakoda Yehovanın Şahidlərinə rəsmi qeydiyyat verildi. Bu, Monako Ali Məhkəməsinin iki müsbət qərarı və Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı sayəsində mümkün oldu.

Qardaşlarımızın AİHM-ə müraciətindən iki il keçməmiş AİHM qərarını Monako hökumətinə bildirdi və məsələni həll etməsini tapşırdı.

Məsələ hökumətə tapşırılandan sonra tərəflər ilk olaraq danışıqlar apardı və barışıq sazişinə nail oldu. Belə ki, Monako hökuməti Yehovanın Şahidlərinin rəsmi qeydiyyatına razılıq verdi. 9 dekabr 2021-ci il tarixində AİHM barışıq sazişini qəbul edən qərar verdi. Bu qərarda Monako hökuməti ibadətimizə heç bir məhdudiyyət qoymadan Yehovanın Şahidlərinə rəsmi qeydiyyat verdi. Hökumət, həmçinin 35 000 avrodan (40 000 ABŞ dolları) çox təzminat ödəməyə razı oldu.

16 noyabr 2022-ci il tarixində Monako hökuməti Yehovanın Şahidlərinin Dini Assosiasiyanın (Monégasque pour le Culte des Témoins de Jéhovah) qeydiyyatını təsdiq edən sənəd imzaladı. Bu sənəd 2022-ci il noyabrın 18-də Monakonun rəsmi jurnalında dərc edildi.

Sevinirik ki, artıq Monakodakı bacı-qardaşlar hökumətin məhdudiyyətləri olmadan ibadət edə bilir. Çoxdan gözlənilən bu hüquqi qeydiyyat üçün Yehovaya minnətdarıq (Filippililərə 1:7).