Kontentə keç

1 APREL 2020
RUSİYA

İqor İvaşin altı il müddətinə şərti həbs cəzasına məhkum edilib

İqor İvaşin altı il müddətinə şərti həbs cəzasına məhkum edilib

1 aprel 2020-ci il tarixində Saxa Respublikasının Lenski Rayon Məhkəməsi qardaşımız İqor İvaşini imanına görə altı il müddətinə şərti həbs cəzasına məhkum edib. Məhkəmədən sonra o, evinə qayıdıb. Lakin əgər qardaş sınaq müddəti ərzində imanına etiqad etdiyi üçün cinayət məcəlləsini pozmaqda ittiham olunarsa, dərhal həbsxanaya göndərilə bilər. İqor qardaş ittiham hökmündən şikayət verəcək.