Kontentə keç

Soldan sağa: Olqa Silayeva, Tatyana Şamşeva, Vladimir Xoxlov və Eduard Jinjikov məhkəmə zalında (28 oktyabr 2020-ci il)

28 OKTYABR 2020
RUSİYA

Məhkəmə iki qardaş və iki bacının işi üzrə qərarı dəyişməz saxladı

Məhkəmə iki qardaş və iki bacının işi üzrə qərarı dəyişməz saxladı

28 oktyabr 2020-ci il tarixində Bryansk Vilayət Məhkəməsi Vladimir Xoxlov, Eduard Jinjikov, Tatyana Şamşeva və Olqa Silayevanın işi üzrə qərarı dəyişməz saxladı. Birinci instansiya məhkəməsinin qərarı ilə onlar bir ildən bir il üç ayadək həbsə məhkum edilmişdilər. Amma onlar artıq məhkəməyədək həbsdə olduqlarına görə həbsxanaya göndərilmədilər. Bu qərara əsasən isə, onların üzərində məhkumluq qalacaq. Bununla belə, onlar azadlıqda qaldıqlarına görə çox xoşbəxtdirlər. İttiham tərəfi bu qərardan şikayət verərək onlar üçün daha sərt cəza istəyə bilməz.

Birinci instansiya məhkəməsinin qərarı verilənədək qardaşlar məhkəməyədək həbsdə 316 gün, bacılar isə 245 gün keçirmişdilər. Azadlığa buraxılandan sonra bacılar «Rəhbərlik Şurasının müraciəti 5 (2020)» proqramı üçün müsahibə vermişdilər. Onlar qeyd etmişdilər ki, dua etmək, Müqəddəs Kitabı oxumaq və ürəklərində minnətdarlıq hissini qoruyub saxlamaq onlara sınaqlara sevinclə dözməyə kömək etdi.