3 İYUN 2024
RUSİYA
«Yehova həyatımın mərkəzindədir»
Krasnodar Vilayətinin Vıselkovski Rayon Məhkəməsi tezliklə Yelena Qadrşina bacının işi ilə bağlı öz qərarını elan edəcək. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib.
Bacı barədə məlumat
Yelena kimi biz də bilirik ki, Yehovaya güvənə bilərik, çünki O, daima arxamızdadır. Bunu bilmək bizə sevinc verir (Zəbur 54:1, 2).
Hadisələrin gedişatı
13 fevral 2022-ci il
Evində axtarış aparılır. Elektron cihazları, bank kartları və şəxsi sənədləri müsadirə edilir
15 iyun 2023-cü il
Cinayət işi açılır
10 avqust 2023-cü il
Sorğu-sual edilir və ondan başqa yerə getməmək barədə iltizam alınır
30 yanvar 2024-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başlanır