5 FEVRAL 2024 | YENİLƏNİB: 9 OKTYABR 2024
RUSİYA
«Yolunu Yehovaya tapşır» | YENİLƏNİB. QARDAŞ CƏRİMƏ OLUNDU
7 oktyabr 2024-cü il tarixində Kurqan Vilayətinin Şadrinsk Şəhər Məhkəməsi Aleksandr Lubin qardaşı təqsirli bilərək 500 000 rubl (5180 ABŞ dolları) məbləğində cərimə etdi.
Qardaş barədə məlumat
Əminik ki, hətta böyük çətinliklər zamanı belə, biz də Aleksandr kimi Yehovaya arxalansaq, sədaqətlə dözüm göstərə biləcəyik (Əşiya 38:14).
Hadisələrin gedişatı
13 iyul 2021-ci il
Cinayət işi açılır
14 iyul 2021-ci il
Yehovanın Şahidlərinə məxsus səkkiz evdə axtarış aparılır. Aleksandr həbs olunur, sorğu-sual edilir və müvəqqəti saxlama təcridxanasına salınır
16 iyul 2021-ci il
İstintaq təcridxanasına keçirilir
19 iyul 2021-ci il
Səhhətindəki ciddi problemə görə şikayət verilir
28 avqust 2021-ci il
Avropa İnsan Hüquqları Məhkəməsinin və insan hüquqları müdafiəçisinin müdaxiləsindən sonra Aleksandr təcridxanadan çıxarılır və ondan başqa yerə getməmək barədə iltizam alınır
14 iyul 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başlanır
7 sentyabr 2023-cü il
Aleksandr xəstəxanaya yerləşdirildiyinə görə məhkəmə iclası təxirə salınır