Beytel ekskursiyaları
Sizi «Beytel» adlanan filiallarımızı ziyarət etməyə dəvət edirik. Bəzi filiallarımızda bələdçisiz sərgilər də mövcuddur.
Beytel turları bərpa olunub. 1 iyun 2023-cü il tarixindən etibarən bir çox ölkələrdə Beytel turları bərpa olunub. Ətraflı məlumat üçün ziyarət etmək istədiyiniz filialla əlaqə saxlayın. Xahiş edirik, əgər COVID-19 testinizin nəticəsi pozitiv çıxıbsa, soyuqdəymə və ya qripəbənzər simptomlarınız varsa, yaxud təzəlikcə COVID-19 testinin nəticəsi pozitiv çıxan biri ilə əlaqədə olmusunuzsa, Beyteli ziyarət etməyəsiniz.
İspaniya
Ekskursiya ilə bağlı məlumat
Ekskursiya üçün əvvəlcədən qeydiyyatdan keçməyə ehtiyac var? Bəli. İzdihamın qarşısını almaq və hər kəsin ekskursiyadan zövq almasını təmin etmək üçün xahiş edirik ki, bütün ziyarətçilər qrupun sayından asılı olmayaraq, ekskursiya üçün əvvəlcədən qeydiyyatdan keçsinlər. Ən azı bir həftə qabaq qeydiyyatdan keçin. Bayram günləri ekskursiya etmək istəyirsinizsə, yaxşı olar ki, daha öncədən qeydiyyatdan keçəsiniz.
Əgər qeydiyyatdan keçməmisinizsə, ekskursiya edə biləcəksiniz? Ekskursiya üçün qeydiyyatınız yoxdursa, ehtimal ki, sizə kömək edə bilməyəcəyik. Çünki ekskursiya etmək üçün hər gün yerlər məhdud sayda olur.
Ekskursiyanız üçün nə vaxt gəlməlisiniz? Ekskursiyaya vaxtında başlamaq üçün, zəhmət olmasa, azı on dəqiqə tez gəlin.
Qeydiyyatdan necə keçə bilərsiniz? «Qeydiyyatdan keç» xanasına daxil olun.
Qeydiyyatınızı dəyişə və ya ləğv edə bilərsiniz? Bəli. «Qeydiyyatlara bax və ya dəyiş» xanasına daxil olun.
Bəs əgər istədiyiniz tarixdə heç bir ekskursiya mövcud deyilsə, nə edə bilərsiniz? Saytı tez-tez yoxlayın. Qeydiyyatlar dəyişən və ya ləğv olan kimi ekskursiyalar mövcud ola bilər.
Qeydiyyatdan keç
Ünvan və telefon nömrəsi
Ctra. M-108 Torrejón-Ajalvir, km. 5
28864 AJALVIR (MADRID)
SPAIN
+34 918-879-700
Marşrutu müəyyən edin