Kontentə keç

JW.ORG saytı həyatları yaxşılığa doğru dəyişir

JW.ORG saytı həyatları yaxşılığa doğru dəyişir

Dünyanın hər yerində insanlar jw.org saytından yararlanır. Aşağıda 2014-cü ilin may ayında Yehovanın Şahidlərinin baş idarəsinə göndərilən minnətdarlıq sözlərindən bir neçəsi gətirilir.

Uşaqlara kömək

«Mənim məktəb yaşına çatmamış oğlum var. O, hər dəfə evə dostlarının qələmlərini, oyuncaqlarını və gün eynəklərini gətirirdi. Biz dəfələrlə ona başa salmağa çalışmışdıq ki, onun bu hərəkəti oğurluq sayılır və oğurluq eləmək pisdir. Amma bütün cəhdlərimiz boşa çıxırdı. Bir gün biz jw.org saytından “Oğurluq pis işdir” adlı videonu yüklədik. Bu videonun ona güclü təsiri oldu, sanki, elə onun üçün hazırlanmışdı. Videoya baxandan sonra o, gətirdiyi əşyaların hamısı geri qaytarmaq istədiyini dedi. Çünki artıq o, başa düşürdü ki, oğurluq etməkdən Allahın xoşu gəlmir. Bu sayt bizə çox kömək etdi» (D. N., Afrika).

«jw.org saytındakı “Oğurluq pis işdir” adlı videonun oğlumuza güclü təsiri oldu, sanki, elə onun üçün hazırlanmışdı»

«Bu vebsayt uşaqlarımın çox xoşuna gəlir. Onlar oradan qısametrajlı cizgi filmlərini yükləyirlər. Bu cizgi filmləri onlara yalan danışmaqla və oğurluqla bağlı Müqəddəs Kitab prinsiplərinə daha yaxşı əməl etməyə kömək edir. Uşaqlar həmçinin bütün həyatları boyu onlara lazım olacaq keyfiyyətlərə yiyələnirlər və bu, onları cəmiyyətə yararlı insan edir» (O. V., Vest-Hind).

Məktəblilərə kömək

«Məktəbə getmək mənim üçün ağır yük idi və mən məktəbi atmaq istəyirdim. Ancaq bir gün jw.org saytında “Məktəbi atmağa dəyərmi?” adlı məqaləni oxudum. Bu, mənə məktəbə müsbət tərəfdən baxmağa kömək etdi. Məqalədən öyrəndim ki, məktəb məni gələcəyə hazırlayacaq və məsuliyyətli insan olmağa kömək edəcək» (N. F., Afrika).

«Bu saytda gənclərə verilən məsləhətlər mənə məktəbdə tərbiyəli davranmaq üçün nə etməli olduğumu öyrətdi»

«Bu saytda gənclərə verilən məsləhətlər mənə məktəbdə tərbiyəli davranmaq üçün nə etməli olduğumu öyrətdi. Mən diqqətimi dərsə cəmləməyi və yayınmamağı öyrəndim» (Q., Afrika).

«İş yoldaşım şikayətlənirdi ki, məktəbdə qızını lağa qoyurlar, xüsusən də bir qız. Bu, onun qızına elə pis təsir etmişdi ki, o, qorxusundan bir neçə gün məktəbə getməmişdi. Mən iş yoldaşıma jw.org saytındakı “Əl-qol atmadan xuliqanın cavabını ver” adlı qələm animasiyasından bir neçə fikri danışdım. Onun ən çox xoşuna gələn məsləhət o oldu ki, vəziyyəti yüngülləşdirmək üçün vəziyyətə yumor hissi ilə yanaşmaq lazımdır. İş yoldaşım qızına başa saldı ki, məktəbdəki uşaqlara necə cavab versin. Bu, qızı məktəbə getməyə cəsarətləndirdi. Vaxt keçdikcə vəziyyət düzəldi, hətta o, onu lağa qoyan qızla dostlaşdı» (V. K., Şərqi Avropa).

Gənclərə kömək

«Saytdakı “Niyə özümü kəsib-yaralayıram?” məqaləsinə görə sizə minnətdaram. Mən uzun müddətdir ki, bu problemlə mübarizə aparıram. Mən özümü tək-tənha hiss edirdim. Düşünürdüm, kimə isə bu barədə danışsam, məni başa düşməyəcəklər. Məqalədəki nümunələr mənə çox kömək etdi. Axır ki, məni başa düşən tapıldı!» (Avstraliyadan olan gənc qız).

«Məqalədəki nümunələr mənə çox kömək etdi. Axır ki, mənə başa düşən tapıldı!»

«jw.org saytı vasitəsi ilə gənclərə aid məsələlərdə kömək əldə etmək asanlaşıb. Bir məqalə mənə hansı hərəkətlərin cinsi təcavüz olduğunu müəyyən etməyə kömək etdi və başa düşdüm ki, mən də bu təcavüzə uğramışam. Məqalədən bu cür vəziyyətlərdə necə davranmağı öyrəndim» (T. V., Vest-Hind).

Valideynlərə kömək

«Mənim yeniyetmə oğlum daim hərəkətdədir, beş dəqiqə bir yerdə durmur. Onun bu çevikliyi, gözlənilməz hərəkətləri çox vaxt məni əldən salır. Buna görə də mən onunla dil tapa bilmirəm. Bir gün jw.org saytına daxil olub ər-arvadlara və valideynlərə kömək bölməsini seçdim. Orada mənim vəziyyətimə aid olan və oğlumla necə danışmalı olduğumu başa salan çoxlu məqalələr tapdım. Oğlum da bu saytdan yararlandı. İndi o, mənimlə açıq danışır, sevincini, kədərini bölüşür» (K. B., Afrika).

«Tez-tez saytda uşaqlarla bağlı çətinliklərin öhdəsindən gəlməyə kömək edən məqalələr çıxır»

«jw.org saytı biz valideynlərə uşaqlarımızı öyrətmək üçün gözəl vasitədir. Məsələn, əsil dostlar tapmaqla bağlı qələm animasiyası uşaqlarıma dostluq münasibətlərinə düzgün baxmağa və onlara yaxşı təsir edən insanlarla dostluq etməyə kömək etdi. Tez-tez saytda uşaqlarla bağlı çətinliklərin öhdəsindən gəlməyə kömək edən məqalələr çıxır. Orada çoxlu məsləhətlər tapmaq olar» (E. L., Avropa).

Ər-arvadlara kömək

«Arvadımla mən altı ildir ki, evliyik. Bütün ailələr kimi, bizə də ünsiyyətdə, tərbiyədə, müəyyən məsələlərə münasibətdə müxtəlif olduğumuzu qəbul etmək çətin idi. jw.org saytında çıxan “Diqqətlə dinləmək üçün nə etməliyik?” adlı məqalə gözlərimi açdı. Orada qulaq asmaq bacarığını yaxşılaşdırmaq üçün məsləhətlər verilirdi. Məqaləni oxuyub orada yazılanları arvadıma da danışdım. Biz bu faydalı məsləhətlərə əməl etməyə çalışırıq» (B. B., Vest-Hind).

«Bu sayt mənim ailəmi dağılmaqdan qurtarıb»

«Bir ildir ki, Yehovanın Şahidləri ilə ünsiyyət edirəm. İstəyirəm jw.org saytına görə sizə dərin minnətdarlığımı bildirim. Bu saytdan çoxlu şey öyrənmişəm, məsələn, qəzəbimi cilovlamağı, yaxşı ər və yaxşı ata olmağı. Səmimi deyə bilərəm ki, bu sayt mənim ailəmi dağılmaqdan qurtarıb» (L. Q. Vest-Hind).

Karlara kömək

«jw.org saytı mənə həyat eşqini qaytardı. Amerika jest dilində olan videoların köməyi ilə jest dilini daha yaxşı öyrəndim. Mənə elə gəlirdi ki, heç vaxt qarşıma hansısa dəyərli məqsəd qoya bilmərəm, amma “Allahın Kəlamını ana dilimdə görürəm” adlı videoya baxanda çox təsirləndim və daha qətiyyətli oldum ki, diqqətimi müsbət şeylərə cəmləyim» (C. N., Afrika).

«jw.org saytı mənə həyat eşqini qaytardı»

«Bu sayt, doğrudan da, əsil xəzinədir. Mən karlara, əsasən də gənc yaşda olanlara kömək edən könüllü kimi xidmət edirəm. Jest dilində olan çoxsaylı materiallar mənə bu dili yaxşılaşdırmağa kömək edib. Sayt mənə ailə və dostluq münasibətlərini yaxşılaşdırmaq istəyənlərə məsləhət verməyə kömək edib» (K. J., Vest-Hind).

Korlara kömək

«Mən koram. jw.org saytı mənə çox kömək edir. Adətən, elektron poçt vasitəsilə bir aya aldığım məlumatı bu saytdan əldə edirəm. Sayt mənim ailə həyatıma rəng qatıb və məni cəmiyyətə faydalı bir insan edib. Həmçinin saytın sayəsində görmə qabiliyyəti olan dostlarımla eyni vaxtda məlumat əldə edə bilirəm» (K. A., Cənubi Amerika).

«Sayt mənim ailə həyatıma rəng qatıb və məni cəmiyyətə faydalı bir insan edib»

«Brayl əlifbasını oxuya bilməyənlər və bu əlifbada olan kitabları almağa imkanı çatmayanlar üçün jw.org saytı əsil hədiyyədir. Kor adamlar saytdakı audio yazıların sayəsində müxtəlif mövzularda olan cari məlumatları əldə edirlər. Bu sayt hamı üçün nəzərdə tutulub, heç kim diqqətdən kənarda qalmayıb. Bu, mənim kimi kor insanlara özümüzü ləyaqətli və cəmiyyətə yararlı insan kimi hiss etməyə kömək edir» (R. D., Afrika).

Allahı axtaran insanlara kömək

«Sizin saytın başqa dini saytlardan fərqi ondadır ki, siz saytı yalnız ruhanilərin başa düşdüyü sözlərlə və ifadələrlə yükləmirsiniz. Həmçinin insanı həddən artıq məlumatla yormursunuz. Sizin saytınız sadə və aydındır. Orada boş-boş sözlər və fəlsəfi fikirlər yazılmayıb. Sizin saytda din qəliz bir şey kimi təqdim olunmur. Əksinə, oradan aydın olur ki, adi insan da Allaha ibadət edə bilər» (A. Q., Asiya).

«Sizin saytınız sadə və aydındır... Oradan aydın olur ki, adi insan da Allaha ibadət edə bilər»

«Mənasız! Bu saytsız mənim həyatımı bu sözlə təsvir etmək olardı. Dünya ruhani zülmət içindədir, jw.org saytı isə bu zülməti işıqlandıran çıraqdır. Müəyyən məsələlərə Allahın münasibətini açıqlayan və bir çox həyati vacib suallara cavab verən məqalələr çıxan kimi onlara baxır və qulaq asıram» (J. Ç., Vest-Hind).

«Burada, Cənubi Amerikanın cəngəlliklərində aldığım ruhani köməyi çox qiymətləndirirəm. Bu saytsız mən bu cəngəlliklərdə itib-batardım» (M. F., Cənubi Amerika).