Kontentə keç

Yehovanın Şahidlərini Atlantada çox yaxşı qarşıladılar

Yehovanın Şahidlərini Atlantada çox yaxşı qarşıladılar

«Allahın Padşahlığına bu cür istək və şövqlə xidmət etdiklərinə görə təşkilatınızın üzvlərini alqışlayıram. Həmimanlılarınız və cəmiyyət üçün etdiyiniz yaxşı işləri, xidməti çox qiymətləndiririk».

Bu sözləri Atlanta (Corciya, ABŞ) şəhərinin meri Kasim Rid öz məktubunda yazmışdı. Bu məktubla mer Yehovanın Şahidlərini Atlantada keçiriləcək üç böyük konqresə dəvət edirdi.

Atlanta şəhərinin şəhər şurası da konqres iştirakçılarını dəvət edirdi. Məktubda deyilir: «Bütün dünyadakı səkkiz milyona yaxın yüzlərlə etnik və dil qrupuna aid olan Yehovanın Şahidləri bir məqsədə xidmət edirlər... Siz Müqəddəs Kitabda adı çəkilən və hər şeyin Yaradanı Yehova Allahı şərəfləndirmək istəyirsiniz».

Bu üç konqres 2014-cü ilin iyul və avqust aylarında keçirilmişdi. Konqreslərdən ikisi ingilis, biri isə ispan dilində keçirilmişdi. Ən azı 28 ölkədən qonaqlar gəlmişdi. İngilis dilində keçirilən konqreslər eyni vaxtda rus və yapon dilinə də tərcümə edilirdi. Bu üç konqresdə iştirak edənlərin ümumi sayı 95689 nəfər idi.

2014-cü ildə Yehovanın Şahidləri ümumilikdə 9 ölkədə 24 beynəlxalq konqres keçirmişlər ki, bunlardan da 16-sı Birləşmiş Ştatların müxtəlif yerlərində baş tutmuşdu.