Siz təbliğ etməklə xilası qazanmaq istəyirsiniz?
Xeyr, bu belə deyil. Müntəzəm şəkildə ev-ev təbliğ etsək də, fikirləşmirik ki, bunun sayəsində xilası qazanmış oluruq (İncil, Efeslilərə 2:8). Nəyin əsasında bunu belə demək olar?
Müqayisə üçün belə bir nümunə: təsəvvür edin ki, səxavətli bir adam hamıya bahalı bir hədiyyə verəcəyini vəd edir, amma bunun üçün gərək müəyyən vaxtda müəyyən yerə gələsiniz. Əgər ona etibar edirsinizsə, sözsüz ki, dediklərinə əməl edəcəksiniz. Həmçinin dost-tanışlarınızı da agah edəcəksiniz ki, onlara da bu hədiyyədən çatsın. Göstərilən yerə gəldiyiniz üçün hədiyyəni qazanmırsınız. Hədiyyə elə hədiyyə olaraq da qalır.
Eynilə Yehovanın Şahidləri Allahın bütün itaətkar insanlara olan əbədi həyat vədinə səmimi qəlbdən inanır (İncil, Romalılara 6:23). İnanclarımız haqqında başqalarına danışırıq ki, onlar da Allahın insanlar üçün gözəl vədindən xəbərdar olsunlar. Lakin təbliğ xidməti ilə xilası qazandığımızı fikirləşmirik (İncil, Romalılara 1:17; 3:28). Çünki heç bir insan heç vaxt Allahın bu ənamını öz işləri ilə qazana bilməz. Müqəddəs Yazılarda deyildiyi kimi, Allah «saleh işlərimizə görə deyil, mərhəməti sayəsində günahlarımızı yuyub bizi xilas [edəcək]» (İncil, Titus 3:5).