Yehovanın Şahidlərinin fəaliyyəti necə maliyyələşdirilir?
Bizim ümumdünya fəaliyyətimiz əsas etibarilə Yehovanın Şahidi olan kəslərin könüllü ianələri hesabına maliyyələşdirilir a. İbadət yerlərimizdə ianə qutuları qoyulur. İanə etməyin digər üsulları «İanələr» səhifəsində sadalanır. Ümumdünya işimizi dəstəkləmək, yerli xərcləri ödəmək və ya hər ikisi üçün müxtəlif üsullarla ianə etmək olar.
Yehovanın Şahidlərindən ondabir vermək, yaxud gəlirlərinin müəyyən faizini ödəmək tələb olunmur (2 Korinflilərə 9:7). İbadət görüşlərimizdə pul yığılmır, giriş haqqı alınmır. Din xadimlərimiz vəftiz zamanı, toy və dəfn mərasimlərində, yaxud digər dini tədbirlər zamanı ödəniş tələb etmir. Satışlar, lotoreyalar, naharlar, festivallar, bazarlar və bu kimi tədbirlər təşkil etməklə pul əldə etmirik və ya insanlardan ianə vermələrini xahiş etmirik. İanə edənlər barədə məlumat yaymırıq, nə də bunu ictiamiləşdirmirik (Mətta 6:2—4). Vebsaytlarımızda və ya nəşrlərimizdə gəlir əldə etmək üçün reklamlar yerləşdirilmir.
Yehovanın Şahidlərinin keçirdiyi ibadət görüşlərində hər bir yığıncaq öz maliyyə hesabatını təqdim edir, bu görüşlərə isə hər kəsə gələ bilər. Yığıncağın müntəzəm olaraq verdiyi maliyyə hesabatı sayəsində hər kəs ianə edilmiş pulların düzgün xərcləndiyinə əmin olur (2 Korinflilər 8:20, 21).
İanə etmək üsulları
İanə qutuları. Nəğd pul və ya çek şəklində etdiyiniz ianələri ibadət evlərində, toplantı zallarında və ibadət görüşlərinin keçirildiyi digər yerlərdə ianə qutularına ata bilərsiniz.
Onlayn ianələr. Bir çox ölkələrdə «Yehovanın Şahidlərinə ianə» səhifəsindən kredit kart, debit kart, bank köçürməsi və digər elektron üsullar vasitəsilə ianə edə bilərsiniz b. Bəzi Şahidlər bu üsullardan biri ilə ianə etmək üçün hər ay pul ayırıb qırağa qoyur (1 Korinflilərə 16:2).
Planlı şəkildə ianə. Bəzi ianə üsulları üçün əvvəlcədən tədbir görmək və/və ya hüquqşünasla məsləhətləşmək lazımdır. Belə planlaşdırma sizə həm də ölkənizdə vergi imtiyazlarından yararlanmağa kömək edə bilər. Əmlakından sağ ikən, yaxud vəfat edəndən sonra təşkilata pay verməklə bağlı məlumat əldə etməyin çoxlarına böyük köməyi dəymişdir. Növbəti ianələrlə əlaqədar əlavə məlumat üçün Yehovanın Şahidlərinin yerli filialı ilə əlaqə saxlayın:
bank hesabı
həyat sığortası və pensiya planlaması
daşınmaz əmlak
səhm və istiqrazlar
vəsiyyətnamə və etibarnamə
Sizin ərazinizdəki ianə üsulları barədə əlavə məlumat üçün «Yehovanın Şahidlərinə ianə» səhifəsinə baxın.
a Yehovanın Şahidi olmayan bəzi insanlar da fəaliyyətimiz dəstəkləmək üçün könüllü ianələr edir.
b Əlavə məlumat üçün «Elektron ianə ilə bağlı tövsiyələr» adlı videoya baxın.